Menyu

Carlsberg Azerbaijan Beynəlxalq Sahilyanı Təmizlik Gününə qoşuldu

​28 sentyabrda "Xəzəri qoruyaq" şuarı altında start götürmüş Beynəlxalq Sahilyanı Təmizlik ekoloji aksiyası 1 oktyabr tarixində başa çatdı. 2019-cu ildən aksiyaya tərəfdaşlıq edən Carlsberg Azerbaijan şirkəti bu il də ekoloji hərakatı dəstəklədi. Aksiyanın son gününə Baş direktor Alius Antulis 40-a yaxın əməkdaş ilə birgə Birgəh çimərliyində sahilyanı təmizliyə qoşuldu. On ildən çoxdur təşkil olunan Təmizlik Kampaniyası bu il ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib. 

Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Bu il "Xəzəri qoruyaq" Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası Carlsberg Azerbaijan, Coca-Cola, PAŞA Bank və Bakcell şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi və EcoHub ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyasının təşkilatçılığında Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Reklam Agentliyi, ADA Universiteti Fondu, Global Shapers Shamakhi Hub, ABŞ-ın Azərbaycandakı Səfirliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi, Bakı Nəqliyyat Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, LU-MUN Holding və Baker Hughes şirkəti iştirak edib.

Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə  təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada "Xəzəri qoruyaq" şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektardan çox ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar Ocean Conservancy beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]