Əsas vəzifə öhdəlikləri:
- anbara daxil olan və anbardan buraxılan qiymətlilərin miqdara, çeşidlərə, keyfiyyətə, komplektliyə, həmçinin müəyyən qiymətlilərdən asılı olaraq digər xüsusiyyətlərə görə mal müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması
- qəbul edilən və buraxılan mal material qiymətlilərinin miqdarının uçotu və keyfiyyətinə nəzarət
- müəyyənləşdirilmiş MMQ-nin anbarlaşdırılması və saxlanılması qaydaları və şərtlərinə, partiyaların seçilməsi və yığılması qaydalarına əməl olunması
- bütün anbar işləri kompleksinin (yükləmə-boşaltma, MMQ-nin qəbulu və buraxılması) həyata keçirilməsi
Namizədlərə tələblər:
- ali riyazi/iqtisadi/texniki təhsil
- bu sahədə ən azı 1 il iş təcrübəsi
- sənədlərlə işləmə bacarığı
- fəaliyyəti planlaşdırma bacarığı
- fəaliyyəti üzrə hesabatların tərtib olunması bacarığı
- Azərbaycan, rus dili bilikləri – mükəmməl səviyyədə; ingilis dili bilikləri - ən azı Intermediate səviyyəsində
Bilik və bacarıqlar:
- Microsoft Office bilikləri – mükəmməl səviyyədə
- analitik təfəkkür
- ünsiyyətcillik
- stressə davamlılıq
- məsuliyyətlilik
Əlaqə məlumatları:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub buraya göndərməyiniz xahiş olunur:
Müraciətlər üçün son tarix: 31 yanvar, 2023-ci il
Nəzərə alın ki, yalnız məhdud sayda namizəd müsahibələrə dəvət olunacaq.