Menyu

8 Azərbaycanlı rəssamın əsəri Portrait now! 2019 beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib

Pivəbişirən Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq jüri yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib. Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə Carlsberg Group-un bir hissəsi Carlsberg Azerbaijan şirkəti həyata keçirib.

Oktyabr ayında başlayan Portrait Now! həm rəssam, həm geniş kütlənin diqqətinin portret janrına cəlb edilməsi məqsədi daşıyan bütün portret janrına qiymət verənlər üçün beynəlxalq müsabiqədir. Müsabiqədə hər il heykəltəraş, naqqaş, qrafik, həmçinin rəqəmsal texnologiyalarla (foto- , video əsərlər) işləyən müəlliflər iştirak edir.

Carlsberg Azerbaijan Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə müsabiqənin ilkin mərhələsində seçim prosesinin koordinasiyasını həyata keçirib.

Qeyd edirik ki, Azərbaycandan iştirakçıların sayı 142 təşkil edib, onlardan səkkizi münsiflər heyəti tərəfindən müsabiqənin regional mərhələsi üçün seçilib. Fevralın 22-si “Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzində (Ukrayna, Lvov ş.) beynəlxalq jüri cari ilin may ayında Danimarkanın paytaxtı Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq finalçıları seçəcək.

Portrait Now! 2019 müsabiqəsinin finalında iştirakçılar beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı 85 000 Danimarka kronu (22 000 AZN) uğrunda mübarizə aparacaq.

Azərbaycanlı finalçıların adı:

  • Vaqif Hüseynov
  • Zakir Mehdiyev
  • Elgiz Hüseynov
  • İlham Mirzəyev
  • Müstəqil Balayev
  • Aynur Səmədova
  • Zamiq Rzayev
  • Sahib Hüseynov

Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədilə Carlsberg Azerbaijan layihə tərəfdaşları ilə birlikdə eko-nominasiyada qalib seçib. Eko-nominasiyada işlərə əsas tələb ekoloji tematikanın süjet və ya portretin hazırlandığı materiallarda əks etdirilməsi idi. Eko-nominasiyada qalib tullantı materiallarından portret hazırlayan Kəmalə Kerriqan seçildi.

Qalibləri beynəlxalq jüri müəyyən edəcək:

  • Kristofer Beyker, direktor, Şotlandiya Milli Portret Qalereyası, Edinburq, Şotlandiya
  • Sun Xuquan, direktor, Qonq şahzadəsinin Sarayında Muzey, Pekin, Çin
  • Van Yi, direktor, Times Modern Bədii Muzeyi, Çin
  • Mixail Ovçinnikov, direktorun birinci müavini, Faberje Muzeyi, Sankt-Peterburq, Rusiya
  • Olof Kristin Siqurdardottir, direktor, Reykyavik Bədii Muzeyi, İslandiya
  • Henrik Vivel, sənətşünas-tənqidçi, Danimarka
  • Lüsi Dalsen, kurator, Milli Portret Qalereyası, London
  • Mette Skouqard, direktor, Frederiksborq qəsrində Milli Tarix Muzeyi, Danimarka

Müsabiqənin təşkilatçısı hələ 1882-ci ildən mədəniyyətin inkişafına fəal şəkildə sərmayə yatıran Carlsberg Fondudur. Həmin dövrdə şirkətin təsisçisi pivəbişirən Y.K.Yakobsen Frederiksborq qəsrində Milli Tarix Muzeyini təsis etmişdi. Cəmiyyətin portret sənətinə marağının cəlb edilməsi üçün muzey təsis olunduğu ilk illərdən rəssamlara məşhurların portretlərini sifariş etmişdir. İndi isə yaradıcılıqdan zövq qalmaqla yanaşı, onu qiymətləndirməyin vaxtı gəlib çatıb.

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]