Menyu

Carlsberg Azerbaijan MMC şirkətində tələbələr üçün iş təcrübəsi

Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli təcrübə keçmək və universiteti bitirdikdən sonra şirkətdə işləmək imkanı təklif edir.

      Əyani şöbədə 3-cü və daha yuxarı kursda oxuyan tələbələr (magistr və aspirantlar daxil olmaqla) Carlsberg Azerbaijan-da təcrübə proqramında iştirak edə bilərlər. Tələbələrə əmək müqaviləsi bağlamaq təklif olunur (müəyyən sınaq müddəti ilə). Təcrübə başa çatdıqdan sonra yüksək nəticələr göstərən təcrübəçilərə təcrübə və ixtisaslarına uyğun olaraq daimi iş təklif oluna bilər (Şirkətdə vakansiya olduğu halda).

Şirkətimizdə təcrübə keçməyin üstünlükləri:

Carlsberg Azerbaijan şirkətində təcrübə proqramı aşağıdakı imkanları verir:

- ixtisas üzrə unikal və zəngin təcrübə qazanma

- peşəkar və fərdi bacarıqları təkmilləşdirmə

- ali təhsillə yanaşı, nüfuzlu işə düzəlmə

- yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak

Carlsberg Azerbaijan şirkətində təcrübə proqramı arzuladığınız karyeraya doğru ilk inamlı addımınız ola bilər!

Tələb olunan ixtisaslar və öhdəliklərin təsviri:

  • Anbar
  • - anbar sahəsindən səmərəli istifadə nəzərə alınmaqla qəbul (miqdara və çeşidlərə görə), yerdəyişmə və verilmə, anbarlaşdırma, yerləşdirmə, çeşidləmə və emal üzrə iş proseslərinə nəzarət

    - anbarların mal vahidlərinin qəbulu, emalı və buraxılışı üçün hazırlanması

    - yükləmə-boşaltma anbar işlərinin təşkili

    - planlaşdırılan və plandankənar təftiş və inventarizasiyalarda iştirak

    - öz səlahiyyətləri çərçivəsində kəmiyyət və pul ölçməsində uçotun aparılması, anbarda əmtəə hərəkəti üzrə ilkin sənədlərin tamlığının və təhlükəsizliyinin təmin olunması

    - anbar avadanlığının, inventarın və alətlərin işlək vəziyyətinin yoxlanılması

    - anbar üçün xüsusi proqram təminatı ilə iş sahəsində baza biliklərə sahib olma

    - anbarda işin təşkili hissəsində təhlükəsizlik texnikasına və əməyin mühafizəsi üzrə normativlərə əməl olunması

  • Texniki şöbə
  • - Elektronika və avtomatikanın əsasları barədə biliklər

    - Elektron sistemlərə texniki baxış və qulluq

    - Nəzarət sistemlərində elektronika ilə bağlı problemlərin aşkarlanması və aradan qaldırılması

    - Ölçü cihazlarının kalibrlənməsi

  • Texniki şöbə
  • - Mexanika əsasları barədə biliklər

    - Avadanlığa texniki baxış və qulluq

    - Mexaniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması​

  • Keyfiyyətə nəzarət 
  • Qida laboratoriyalarında mikrobiologiyanın əsasları barədə biliklər

    - Məhsulların mikrobioloji sınaqlarının aparılması

    - Təmiz kulturanın becərilməsi. Yuyucu sulara nəzarət

  • Kadr kargüzarlığı (İR)
  • Sənəd dövriyyəsinin idarə olunması

    - Ali təhsil

    - Excel bilikləri- orta səviyyədə

    - Təqdimat Bacarıqları

    - Azərbaycan və rus dili bilikləri - əla səviyyədə (İngilis dili orta səviyyədə)

    - Elanların yaradılması və vebsaytlarda yerləşdirilməsi, namizədlərin axtarışı, ilkin telefon müsahibələrinin aparılması, görüş-müsahibələrin təşkili

    - Təlim bazasının koordinasiyası və tələb əsasında bazarda müvafiq təlimlərin axtarışı, onlayn hesabat, mütləq onlayn təlimlərin statusunun təyin edilməsi və izlənilməsi

    - Daxili əmrlərin, sərəncamların hazırlanması, imzalanması və məlumatların korporativ US-nə daxil edilməsi

    - Müəssisədə məzuniyyət günlərinə nəzarət

  • İnzibatçı (kargüzarlıq)
  • - Azərbaycan və rus dili – sərbəst 

    - İngilis dili - texniki

    - Sənəd dövriyyəsinin idarə olunması

    - Arxiv

    - Daxili əmrlərin, sərəncamların hazırlanması, imzalanması və məlumatların korporativ US-nə daxil edilməsi

  •  Maliyyə (Mühasibatlıq)
  • - Kağız sənədlərlə iş

    - Anbardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması

    - Arxivləşdirmə

    - Dövlət portallarından sənədlərin yüklənməsi

    - Təchizatçılarla və müştərilərlə yoxlama

    - İqtisadi təhsil

 

  • Korporativ ünsiyyətlər

          - ünsiyyət qurma bacarığı və səlis nitq

          - jurnalistika, marketinq və biznes inzibatçılığı sahəsində təhsil

 

Namizədlərə ümumi tələblər:

-  3-cü və daha yuxarı kurs tələbələri

- Azərbaycan dili və rus dili sərbəst səviyyədə (danışıq və yazı), ingilis dilini bilənlərə üstünlük verilir

- yüksək səviyyədə ünsiyyət qurma bacarığı

- MS Office (Ms Word, Ms Excel)  proqramları barədə biliklər

 

Necə iştirak etmək olar?

Carlsberg Azerbaijan şirkətinin Yay təcrübəsi proqramına seçimlərdə iştirak etmək istəyən şəxslər (Qiymətləndirmə və Sınaq Mərkəzi) 24 may 2024-cü il tarixinə qədər keçidə daxil olaraq öz CV formalarını yükləyə bilərlər.

CV formasında təhsil aldığınız universitetin adı, ixtisasınız, bacarıqlarınız və iş təcrübəniz (varsa) qeyd olunmalıdır.