Menyu

Kiçik brend meneceri

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq edilmiş strategiyaya və plana uyğun olaraq brendin fəaliyyətinin idarə edilməsi
  • Müzakirə və təsdiq edilməsi üçün yeniliklərin və (Yeni məhsulların yaradılması) NPD strategiyasının hazırlanması
  • Brend planlaşdırması üçün analitikanın hazırlanması
  • Brend fəaliyyətlərinin yerinə yetirilməsinə nəzarət edilməsi
  • Bazar və brend bilikləri əsasında fərdi hesabatların hazırlanması
  • Bazar payı, həcmlər, maliyyə sahəsi üzrə əsas fəaliyyət göstəriciləri (KPIs), imic üzrə əsas fəaliyyət göstəriciləri (KPIs) və s. kimi əsas brend göstəricilərinin təhlil edilməsi və onlara nəzarət edilməsi
  • Satış departamenti və biznesin inkişafı departamenti və şirkətin digər departamentləri ilə səmərəli ünsiyyətin qurulması
  • Xarici tərəfdaşlar və təchizatçılarla səmərəli əlaqənin təmin edilməsi
  • Tenderlərə nəzarət etmək və həm yaradıcı, həm də ticarət materiallarının təmin edilməsi;
  • Brieflərin hazırlanması və yaradıcı inkişaf prosesinə rəhbərlik edilməsi
  • Brendin inkişafı və dəstək üçün tələb olunan Tədqiqat və İnkişaf (R&D) prosesinin koordinasiya edilməsi və idarə edilməsi
  • Brendlə əlaqəli bütün media layihələrində və “touch point”lərdə iştirak etmək;
  • Brendin media və BTL fəaliyyətinin təhlil edilməsi və sonrakı aktivasiyalar zamanı tövsiyələrin verilməsi
  • Brend xərclərinin büdcəsini idarə etmək və nəzarət etmək
  • Brendin yerləşdirilməsi (Brand positioning) prosesinin həyata keçirilməsi və Brend yerləşdirilməsinin (Brand positioning) yoxlanışının aparılması ilə bağlı məsləhətlərin verilməsi
  • Sənəd axınına nəzarət etmək
  • Həm yumşaq (soft skills), həm də sərt bacarıqları (hard skills) təkmilləşdirmək üçün biliklərin paylaşılması və öyrənilməsi
  • Menecerin bütün birbaşa tapşırıqlarını yerinə yetirmək
  • Şirkətlərin sosial fəaliyyətlərində və layihələrində iştirak etmək.

 

Namizədlərə tələblər: 

  • Ali təhsil diplomu
  • kommersiya komandasında minimum 2 il iş təcrübəsi
  • Azərbaycan və ingilis (Upper Intermediate səviyyəsində) dillərində sərbəst danışıq qabiliyyəti
  • marketinqin, brendinqin və məhsulun tanıtımının əsas prinsipləri barədə biliklər
  • pivə bazarındakı vəziyyət, tendensiyalar, rəqiblərin fəaliyyəti haqqında məlumatlılıq
  • təşkilatçılıq və ünsiyyət bacarıqları
  • layihənin idarə edilməsi və analitik bacarıqlar
  • maliyyənin əsas anlayışları haqqında biliklər.

 

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, zəhmət olmasa maaş gözləntinizi qeyd etməklə, CV-nizi buraya ingilis dilində bizə göndərin.

Müraciət üçün son tarix: 31 Yanvar, 2024-cü il

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.