Menyu

Birlikdə SIFIRA doğru və daha İrəli

 

"Birlikdə SIFIRA doğru və daha İrəli" (Together Towards ZERO and Beyond) proqramımız biznesimiz və bütövlükdə cəmiyyətimiz üçün ən vacib olan Ətraf mühit, Sosial və İdarəetmə (Environmental, Social and Governance) mövzuları ilə bağlı ambisiyalarımız və konkret məqsədlərimizdən ibarətdir. Məqsədlərimizə nail olmaq üçün çalışdıqca, 2030 və 2040-cı illər üzrə qarşıya qoyduğumuz hədəflərimizə doğru addımlayır və nəticələr əldə edirik.

“Birlikdə SIFIRA doğru və daha İrəli” (Together Towards ZERO and Beyond) proqramımız qeyri-bərabərlik, iqlim dəyişikliyi və su qıtlığı kimi qlobal çağırışlara, eləcə də cəmiyyətin sağlamlıq və rifaha artan diqqətinə münasibətimizi əks etdirir. Proqram pivə istehsalının yaxşılaşdırılması üçün qarşıya qoyduğumuz cari və gələcək hədəflərimizi əks etdirir və ümumi şirkətdaxili strategiyamızın əsasını təşkil edir.

Nəticə etibarı ilə, hədəflərimizə uyğun olaraq cəmiyyətimizə yararlı tədbirlər görməklə biznesimiz üçün ən vacib nəticələri məsuliyyətlə idarə etmək üzərində işləyirik. Təchizatçılarımız, müştərilərimiz, istehlakçılarımız və fəaliyyət göstərdiyimiz cəmiyyətlərlə əməkdaşlığımız sayəsində Birlikdə SIFIRA doğru və daha irəli addımlayaraq hədəflərimizə nail olacağıq. 

Ambisiyalarımızı kəşf edin