Menyu
ZERO_Farming_Footprint.jpg

SIFIR

KƏND TƏSƏRRÜFATI TULLANTISI

SIFIR Kənd təsərrüfatı tullantısı ambisiyamız

Ətraf mühit, Sosial və İdarəetmə (Environmental, Social and Governance) mövzuları ilə bağlı “Birlikdə SIFIRA doğru”-dan (Together Towards ZERO) “Birlikdə SIFIRA doğru və daha irəli” (Together Towards ZERO and Beyond) təkmilləşməsiylə, kənd təsərrüfatını yeni ESG sahəsi kimi təqdim etdik. Bunun bir hissəsi olaraq, buraya yuxarı dəyər zəncirimizdə yeni hədəf və fəaliyyətlər, 2030 və 2040-cı illər üçün yeni mərhələlərin olduğu SIFIR Kənd təsərrüfat tullantısı hədəfimiz daxildir.

Davamlı mənbələrdən və bərpa olunan kənd təsərrüfatı təcrübələrindən öz xammalımızı əldə etməklə, 2030-cu ilə qədər bütün xammalın 30%-ni, 2040-cı ilə qədər isə 100%-ni hədəf alaraq daha da inkişaf edəcəyik.

SIFIR Kənd təsərrüfatı tullantısı hədəfimizə nail olmaq üçün gördüyümüz tədbirlər həm də 2040-cı ilə qədər bütün dəyər zəncirimizdə SIFIR Karbon izi istiqamətində irəliləyişi sürətləndirəcək karbon təsiri faydaları yaradacaq.

 

 

BİZ NƏ ÜZƏRİNDƏ İŞLƏYİRİK?

 

2030

2040

  • Xammalın 30%-i regenerativ əkinçilik üsullarından və davamlı mənbələrdən əldə edilir
  •  Xammalın 100%-i regenerativ əkinçilik üsullarından və davamlı mənbələrdən əldə edilir.

BUNA NAİL OLMAQ ÜÇÜN NƏ EDİRİK?

FERMER VƏ İCMALARA DƏSTƏK

FERMER VƏ İCMALARA DƏSTƏK

Fermerlər və icmaların daha davamlı təcrübə və sertifikatlar əldə etməsini dəstəkləyir, eyni zamanda onların əməklərinin qarşılığını almasını təmin edirik

TƏCHİZATÇILARLA ƏMƏKDAŞLIQ

TƏCHİZATÇILARLA ƏMƏKDAŞLIQ

Yeni norma kimi regenerativ kənd təsərrüfatını sürətləndirmək üçün təchizatçılarımız və tərəfdaşlarımızla əməkdaşlıq edirik

BİLİYƏ İNVESTİSİYA QOYULUŞU

BİLİYƏ İNVESTİSİYA QOYULUŞU

Regenerativ təcrübələrin torpağın münbitliyini, biomüxtəlifliyini və karbon sekvestrini necə yaxşılaşdıra biləcəyi haqqında daha çox məlumat əldə etmək üçün elmi-tədqiqat işlərimizə sərmayə qoyuruq.

FAYDALARI TƏBLİĞ ETMƏK

FAYDALARI TƏBLİĞ ETMƏK

Müştəri və istehlakçıları regenerativ kənd təsərrüfatı faydaları haqqında maarifləndirir və brendlərimiz və pivələrimiz vasitəsilə bu üstünlükləri dəstəkləyirik