Menyu
Taxi_Teaser1.JPG

Carlsberg Azerbaijan və Uber avtomobil sürücülərini ayıq sürücülüyə çağırır

Dünyanın bütün pivəbişirənlərinin "Ümumdünya məsuliyyətli pivə istehlakı günü" (Global Beer Responsibility Day) adlı qlobal təşəbbüsü çərçivəsində ölkənin ən böyük pivə şirkəti olan Carlsberg Azerbaijan Uber texnoloji platforması ilə əməkdaşlıq edərək pivə istehlakçılarını ayıq sürücülüyə çağırır.

2015-cü ildə dünyanın ən iri pivə bişirən zavodları tərəfindən başlanmış "Ümumdünya məsuliyyətli pivə istehlakı günü" təşəbbüsü ayıq sürücülüyün vacibliyi barədə əhalinin məlumatlılığının artırılmasına, yetkinlik yaşına çatmayan şəxslərin spirtli içkilərin istehlakının yolverilməzliyinə və ümumilikdə spirtli içki istehlakı mədəniyyətinin inkişafına yönəlib. Ötən illər ərzində Şərqi və Qərbi Avropanın, və Asiyanın onlarla ölkəsində bu təşəbbüsün çərçivəsində aksiyalar keçirilib. Сarlsberg Group da məhsullarının olduğu bölgələrdə ayıq sürücülük və məsuliyyətli spirtli içki istehlakı məsələlərinə böyük diqqət yetirir.

Bu il də Carlsberg Azerbaijan şirkəti avtomobil sürücülərini ayıq sürücülüyə çağıran aksiya keçirir. Uber ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin onlarla pivə satışı nöqtələrində (publarda) Xırdalan pivəsini sifariş verərkən pulsuz gediş kodu ilə flayer təqdim olunacaqdır.

Aksiya sentyabrın 16 və 17-də keçiriləcək və 500 Xırdalan pivəsi istehlakçılarına Uber-dən pulsuz gediş imkanı verəcək.

Carlsberg Azerbaijan-ın korporativ ünsiyyətlər üzrə departamentinin rəhbəri Nadejda Ovsyannikova: «Carlsberg Group-un bir hissəsi olaraq biz ayıq sürücülük və ümumilikdə məsuliyyətli spirtli içki istehlakı məsələsinə böyük diqqət yetiririk. Qeyd etmək istəyirəm ki, məsuliyyətli istehlak Birlikdə Sıfıra Doğru (Together Towards Zero) üzrə dayanıqlı inkişaf proqramımızın prioritetlərindən biri sayılır və məsuliyyətsiz istehlak səbəbindən yollardakı bədbəxt hadisələrin sayının tədricən minimuma endirilməsi bizim üçün böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, aksiya ictimaiyyət üçün bir çağırış olacaq və bir daha diqqəti bu məsələnin vacibliyinə yönəltəcək».