Menyu
Kronenbourg 1664 Blanc

Kronenbourg 1664 Blanc

Pivə Növü:
Vitbier
Alkoqol tərkibi:
5%
Mənbə:
Fransa
Kronenbourg 1664 Blanc

Başlanğıc şirənin ekstraktivliyi: : 11,8%

Kronenbourg 1664 Blanc məxsusi olaraq xüsusi həzz almaq və qeyri-adi bir şey dadmaq istəyən  əsl şərab biliciləri üçün istehsal olunmuş son dərəcə yüksək keyfiyyətli bir pivədir.

Bu, orta əsrlərin pivəbişirmə ənənələrindən ilhamlanan fransız ekspertləri tərəfindən hazırlanmış və meyvə çalarlarına malik təravətləndirici ağ buğda pivəsidir. Bu brend Alsace (Elzas) mayaotunun ən yaxşı növlərindən biri olan Strisselspalt mayaotundan istifadə etməklə hazırlanır. Bu da içkiyə möhtəşəm ətir bəxş edir. Sitrus meyvələri və koriandrın zərif ətri  Kronenbourg 1664 Blanc pivəsinin möhtəşəm cəlbedici dadını vurğulayır.

Kronenbourg 1664 Blanc dadına və təkrarolunmaz tərzinə görə digərlərindən fərqlənir. 0.46 litrlik (qədim fransız ölçüsü) fransız tərzində kobalt rəngli şüşə Eyfel qülləsini xatırladır. Şüşə qabarıq “1664” rəqəmləri, boğaz hissəni örtən unikal nişan və asanlıqla burularaq açılan qapaqla dekorasiya olunmuşdur. Pivə təravətləndirici saf dadının hiss olunması üçün 3°С  temperaturda soyudulmuş halda süfrəyə verilir.  

Qablaşdırma: 0,46 l butulka

 

Qida dəyəri

kkal
47.2
Karbohidrat
4.2 qramdan çox deyil

Tərkib

təmizlənmiş içməli su, solğun arpa səmənisi, buğda, karamel, mayaotu məhsulları, ədviyyatlar (narıngi ilə koriandrın qarışığı)