Carlsberg Azerbaijan-ın dinamik və musiqili brendi olan Tuborg, Xəzər dənizinin sahilində keçirilən bu yayın əsas musiqili festivalı olan DREAM FEST 2024-ün əsas tərəfdaşlarından biri oldu.
23-28 iyul tarixləri aralığında SEA Breeze-də baş tutan festival, müxtəlif musiqi janrları və fəaliyyətlərini əhatə edən möhtəşəm bir musiqi bayramına çevrildi. Tədbirdə Jason Derulo, Nicole Scherzinger, Dr. Alban, Outlandish kimi dünya ulduzlarının və məşhur Azərbaycanlı müğənnilərin çıxışları yer aldı.
Festival günlərində istehlakçılar Tuborg Green və Tuborg Gold-la yanaşı, alkoqolsuz portfelimizdə yer alan Xırdalan 0.0-ın çeşidlərindən də zövq aldılar. Təravətləndirici içkilərimiz festival iştirakçılarını məmnun etdi, maraqlı hədiyyələrimiz isə festivalın hər anını daha da həyəcanlı etdi. Qürurla qeyd edə bilərik ki, festivalda satış həcmi keçən ilə nisbətən ikiqat artdı.
DREAM FEST 2024-də iştirak etmək, Tuborg-un istehlakçılar arasında nüfuzunu artırmaq üçün müstəsna bir fürsət oldu.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər