Menyu

Carlsberg Azerbaijan 19-cu Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etdi

Carlsberg Azerbaijan 5–8 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etmişdir. Regionun aparıcı aqrar sənaye tədbirlərindən biri olan sərgi kənd təsərrüfatı və qida sənayesini təmsil edən yerli və beynəlxalq şirkətləri, sahə üzrə mütəxəssisləri və biznes tərəfdaşlarını bir araya gətirmişdir.

Sərgi çərçivəsində Carlsberg Azerbaijan tərəfdaşları AzərŞəkər, AzərSun və ProMalt ilə birgə stenddə təmsil olunmuşdur. Ziyarətçilər şirkətin məhsul portfeli ilə yaxından tanış olmaq, həmçinin məhsulları dadmaq imkanı əldə etmişdilər.

Tədbir yeni işgüzar əlaqələrin qurulması, sənaye nümayəndələri ilə təcrübə mübadiləsinin aparılması və mövcud tərəfdaşlıqların daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]