Biz məlumatlı və şüurlu istehlakı təşviq etmək üçün davamlı olaraq innovasiyalar tətbiq edirik və alkoqolsuz və az alkoqollu, eləcə də şəkərsiz və az şəkərli içkilər arasında məsuliyyətli seçimləri dəstəkləyirik. Buna aydın etiketləmə, istehlakçılar üçün müvafiq məlumatların təqdim edilməsi, eləcə də istehlakçıların və tərəfdaşların məsuliyyətli marketinq təcrübələrinə cəlb edilməsi vasitəsilə nail oluruq.
İstehlakçı seçimlərindəki dəyişikliklərə uyğunlaşmaq üçün məhsul portfelimizi genişləndirməyə davam edirik. Buraya müvafiq bazarlarda alkoqolsuz və az alkoqollu, eləcə də şəkərsiz və az şəkərli içkilər çeşidimizin genişləndirilməsi daxildir.
İstehlakçı davranışları
|
|
|
Portfelin genişləndirlməsi
|
|
|
Carlsberg Sweden dünyanın ən kiçik alkoqolsuz pivəsini təqdim edərək, ölçülü istehlakla bağlı mesajı əyləncəli və cəlbedici şəkildə çatdırdı.
2025-ci ildə Carlsberg Asia və Grab məsuliyyətli istehlak mədəniyyətinin Cənub-Şərqi Asiyada formalaşdırılmasına töhfə verən tərəfdaşlıqlarının ikinci ildönümünü qeyd etdilər. İndi isə bu təşəbbüsü daha çox bazara genişləndirməyə hazırlaşırlar.
Biz dəyər zəncirimiz boyunca emissiyaları azaltmağa və iqlim dayanıqlılığını gücləndirməyə sadiqik. Öz fəaliyyətimiz və təchizatçılarımızı əhatə edən konkret hədəflərlə “Karbon tullantılarının azaldılması” istiqaməti bizim dövri və xalis sıfır emissiyalı gələcəyə aparan yolumuzu müəyyən edir.
Biz bizi yaşadan ekosistemləri qorumağa və bərpa etməyə sadiqik. Əsas diqqətimizi regenerasiyaya və su ehtiyatlarının məsuliyyətli idarə olunmasına yönəldirik, yəni inqrediyentlərimizin yetişdirildiyi torpaqları və hər bir məhsulumuzun istehsalında istifadə olunan suyu qoruyuruq.
Biz hər kəsin öz potensialını reallaşdıra biləcəyi təhlükəsiz, hörmətə əsaslanan və inklüziv inkişaf mədəniyyəti formalaşdırırıq. Diqqət mərkəzimizdə təhlükəsizlik, rifah, inklüzivlik və dəyər zəncirimizdə iştirak edən insanlar üçün imkanların yaradılması dayanır.