Hörmətli Dilerlər,
1 fevral 2019-cu il tarixində distribütorlara məlumat verildiyi kimi, hal-hazırda "Carlsberg Azerbaijan" MMC On-trade kanalının endirim sistemində 1 aprel 2019-cu il tarixindən qüvvəyə minəcək aşağıdakı dəyişikliklər haqqında dilerlərə məlumat verir:
33 Export çəllək (KEQ) üçün: sabit endirim 11%-dən 1%-ə azaldılıb. Bu SKU üçün ümumi endirim 8%.
Xirdalan çəllək (KEQ) üçün: sabit endirim 20%-dən 11%-ə azaldılıb. Bu SKU üçün ümumi endirim 18%.
Əlavə olaraq, dilerlərə dəyişən endirimin əldə edilməsi meyarları aşağıda qeyd olunduğu kimi dəyişdiriləcəyi haqqında məlumat verilir:
Süzmə pivənin satışı üçün şəxsi ticarət avadanlığının təqdimatı üzrə endirim 4% olacaq
Süzmə pivənin satışı üçün şəxsi taranın təqdimatı üzrə endirim 3% olacaq
Korporativ Ünsiyyətlər üzrə Rəhbər
Korporativ Ünsiyyətlər üzrə Rəhbər