Carlsberg Azerbaijan MMC, Endirim Reqlamentinə edilmiş və 7 fevral 2020-ci il tarixindən etibarən qüvvəyə minəcək aşağıdakı əlavəni distribyutorların nəzərinə çatdırır:
Carlsberg Azerbaijan MMC birbaşa satış nöqtələri ilə listinq xidmətləri üzrə müqavilə bağladıqda, bu cür nöqtələrə göndərilmiş məhsulların həcmi distribyutor üçün aylıq endirimlərin hesablanması zamanı nəzərə alınmayacaqdır.
Əvvəlki ay üçün endirim hesablanarkən, distribyutor tərəfindən Сarlsberq Azerbaijan MMC ilə listinq müqaviləsi bağlamış ticarət nöqtələrinə təkrar satış vasitəsi ilə göndərilən məhsulların həcmi ilkin satış məbləğindən çıxılmalıdır. Çıxılmalı olan məhsulların həcmi CPM sisteminin məlumatlarına əsasən distribyutorun aylıq bonus kartı vasitəsi ilə təsdiqlənəcəkdir. |
Korporativ Ünsiyyətlər üzrə Rəhbər