Yanvarın 21-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə şurasının sədri Henrik Poulsen və Baş direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Hər il, Davos Dünya İqtisadi Forumu çərçivəsində Carlsberg Group-un Baş direktorunun ölkənin ali rəhbərliyi ilə görüşü baş tutur. Bu il, Azərbaycan ilə tərəfdaşlığı genişləndirmək və uzunmüddətli strateji əlaqələri davam etdirmək məqsədilə, görüş daha geniş tərkibdə - Carlsberg Group-un Müşahidə şurasının sədri Henrik Poulsen və Baş direktor Yakob Aarup-Andersenin iştirakı ilə baş tutub.
Henrik Poulsen şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkədə mövcud olan investisiya mühitindən razılığını ifadə edib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Müşahidə şurasının sədri Carlsberg Group-un ölkədə xammal və qablaşdırma materiallarının lokalizasiyasını davam etdirmək və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlət başçısına məlumat verdi.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər