Fevral ayının 17-si Carlsberg Azerbaijan-ın Baş direktoru Alius Antulisin Report informasiya Agentliyi ilə müsahibəsi baş tutub. Müsahibə zamanı baş direktor Carlsberg Azerbaijan şirkətinin 2024-cü il üzrə fəaliyyətinin yekunları və 2025-ci il üçün planları barədə danışıb.
Müsahibədə müzakirə olunan əsas məqamlar:
Carlsberg Azerbaijan-ın Baş direktoru Alius Antulis: “2024-cü il bizim üçün uğurlu oldu: şirkət satışlarını 3% artırdı, xüsusilə premium seqmentdə və yeniliklər arasında ən mühüm məhsul buraxılışlarından biri yerli istehsal olunan ilk alkoqolsuz məhsul - Xırdalan 0.0 pivəsi oldu, həmçinin Xırdalan Premium Draft da sürətlə populyarlıq qazandı və keçən il ilə müqayisədə Xırdalan brendinin satış həcmini 20% artırdı.
İstehsalatın lokallaşdırılması prioritet olaraq qalır. Biz artıq yerli arpa istifadə edirik və 2023-cü ildə İmişlidə Cənubi Qafqazın ilk pivəlik arpa səmənisi zavodunun tikintisinə başladıq, bu zavod 2025-ci ildə fəaliyyətə başlayacaq. Bu, bizə yalnız yerli pivəlik arpa səmənisindən istifadə edərək pivə istehsalına tam keçməyə imkan verəcək.
İstehsal xəttlərinin modernizasiyasına investisiyalar davam edir və biz 25 milyon manat həcmində 2021-2025 illər üçün nəzərdə tutulmuş sərmayə planını vaxtından əvvəl tamamladıq, bu da istehsalın səmərəliliyini və ekoloji uyğunluğunu artırmağa imkan verdi. İxracatımız 255% artıb,və 2025-ci ildə biz tədarük coğrafiyasını genişləndirməyə davam edəcəyik.
Gələn il əsas diqqətimiz alkoqolsuz məhsul və premium seqmentin inkişafına yönələcək, həmçinin enerji səmərəliliyini və ekoloji göstəriciləri yaxşılaşdıracağıq. Biz həmçinin Xırdalan brendinin mövqeyini gücləndirəcəyik və çeşidlərimizi genişləndirəcəyik. Qlobal tendensiyalara diqqət yetirərək, alkoqolsuz və meyvəli pivə içkilərinə olan tələbatın artması kimi strateji təşəbbüslərimiz bizə bazarda uğurlu inkişafımızı davam etdirməyə və lider mövqeyimizi qorumağa kömək edəcək”.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər