Menyu

“Baltika 0” “Bakı Marafonu-2022”yə sərinlik qatdı

Mayın 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və alkoqolsuz “Baltika 0” pivəsinin sponsor dəstəyi ilə “Bakı Marafonu-2022” baş tutdu.

“Küləyə qalib gəl!” şüarı altında təşkil olunan beşinci yubiley marafonunun əsas məqsədi idmanın inkişafına dəstək və sağlam həyat tərzinin təbliğidir.

21 kilometrlik məsafəni əhatə edən marafonun başlanğıc və bimə nöqtələri Dövlət Bayraq Meydanı oldu. Azərbaycanda ən irimiqyaslı qaçış marafonu 15000 yaxın yüngül atletika həvəskarlarını cəlb etdi.

Çoxsaylı beynəlxalq tədqiqatlar göstərir ki, alkoqolsuz pivə təbii izotonikdir, fiziki məşqlərdən sonra su balansını bərpa edir və orqanizmi “A”, “B” və “E” vitaminləri ilə zənginləşdirir.

Məhz buna görə sərinlənməsi və gücünü bərpa etməsi üçün bütün marafon iştirakçılarına finiş nöqtəsində moruq, qreypfrut, laym dadı ilə alkoqolsuz “Baltika 0” təklif olundu.

“Alkoqolsuz pivə bütün dünyada fəal həyat tərzi sevənlər arasında populyarlıq qazanıb və biz Azərbaycanda sağlam həyat tərzi sevənləri dəstəkləməkdən, idmanın inkişafına öz töhfəmizi verməkdən və iştirakçılara Carlsberg Azerbaijan portfelindən “Baltika 0” məhsulunun təbii dadından zövq almaq imkanı verməkdən məmnuniyyət duyuruq”, - deyə Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis qeyd edib.

 "Baltika 0 Qreypfrut", "Baltika 0 Moruq" və "Baltika 0 Laym" isti yay günündə sərinlənmək üçün mükəmməl zəngin meyvəli dad ilə süzülməmiş alkoqolsuz pivənin yumşaqlığının unikal birləşməsidir.

    

      

 

 

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]