Menyu

Hüquq məsələləri üzrə departamentin rəhbəri

Vəzifə barədə ümumi məlumat

Hüquq məsələləri üzrə departamentin rəhbərinin vəzifəsi Azərbaycan qanunvericiliyinə və Carlsberg Group-un siyasətlərinə uyğun olaraq korporativ idarəetmə, məhkəmə çəkişmələri, danışıqların aparılması və müqavilələrin hazırlanması, risklərin idarə edilməsi və planların işlənib hazırlanması üzrə tövsiyələrin verilməsini əhatə edir. Hüquq məsələləri üzrə departamentin rəhbəri olaraq, sürətlə dəyişən şəraitdə səmərəliliyin artırılmasında Carlsberg-ə (dünyanın aparıcı pivə şirkətlərindən biri) dəstək göstərəcəksiniz. Mədəniyyətlərarası liderlik qruplarının vacib bir hissəsi olacaqsınız və hər zaman hər bir problemə fərqli nöqteyi-nəzərdən yanaşmalısınız.

 

Bu vəzifədə nə edəcəksiniz

Əsas vəzifə öhdəlikləriniz aşağıdakılardır:

  • Müqavilələr, normativ tələblərə əməletmə, məhkəmə çəkişmələri, əmək hüququ, əqli mülkiyyət və korporativ idarəetmə kimi müxtəlif hüquqi məsələlər üzrə hüquqi məsləhətlər vermək
  • Hüquqi riskləri müəyyənləşdirmək və azaltmaq
  • Əməletmə ilə bağlı riskləri minimuma endirmək üçün müəssisənin biznes etikası, rüşvətxorluğa qarşı mübarizə və rəqabət haqqında qanunlara və digər qanunvericilik aktlarının tələblərinə əməl etməsini təmin etmək
  • Şirkətin qüvvədə olan qanunlara əməl etməsini təmin etmək üçün hüquqi prosedurlar və siyasətlər hazırlamaq və onları tətbiq etmək
  • Müəssisəni məhkəmə proseslərində təmsil etmək, zərurətə uyğun olaraq kənar məsləhətçi ilə işləmək
  • Bütün müqavilələri, hüquqi sənədləri və razılaşmaları tərtib etmək, danışıqlar aparmaq və yoxlamaq
  • Müəssisənin bütün təsis sənədlərinə nəzarət etmək və onları vaxtlı-vaxtında yeniləmək
  • Təşkilatın qanunvericilikdəki son dəyişikliklərdən xəbərdar olmasını təmin etmək üçün hüquqi araşdırmalar aparmaq
  • İdarəetmə qrupu üçün etibarlı məsləhətçi kimi çıxış etmək
  • Carlsberg-in regional və qlobal hüquq və uyğunluq bölmələri ilə əməkdaşlıq etmək
  • Hüquq departamentinin fəaliyyətinə nəzarət etmək
  • Əməkdaşlar üçün bütün zəruri hüquqi təlimləri keçirmək.

 

Bu vəzifəyə uyğun olmaq üçün siz aşağıdakı xüsusiyyətlətə sahib olmalısınız:

  • Ali təhsil səviyyəsi, o cümlədən akkreditə olunmuş qurumdan alınan hüquq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Bundan əlavə, hüquq və ya biznes idarəçiliyi üzrə magistr dərəcəsi arzuolunandır
  • Tez istehlak edilən gündəlik tələbat malları (FMCG) sektoru və ya transmilli şirkət biznesi haqqında dərin hüquqi biliklər, hüquqi prinsipləri və təcrübələri başa düşmək və korporativ/kommersiya hüququ, müqavilə hüququ, əmək hüququ, əqli mülkiyyət və məhkəmə çəkişmələri üzrə xüsusi biliklər
  • Rəhbər vəzifələrdə ən azı 2 il iş təcrübəsi
  • Biznes strategiyasına uyğun olaraq hüquqi məsləhətlər verməyə imkan verən biznes əməliyyatlarını və məqsədlərini anlamaq baxımından yüksək səviyyədə işgüzarlıq
  • Sübut edilmiş analitik və problem həll etmə bacarıqları, mürəkkəb hüquqi məsələləri qiymətləndirmək və anlamaq və strateji tövsiyələr vermək qabiliyyətini nümayiş etdirmək
  • Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi
  • MS office proqramları haqqında yüksək səviyyədə bilik.

 

Üstün cəhətlərimiz

Carlsberg-də biz daha yaxşı bu gün və sabah üçün pivə bişiririk və sizə şirkətimiz daxilində inkişaf etməyiniz üçün bərabər imkanlar təklif edirik. Hesab edirik ki, hər bir işçi öz karyera yolunu özü müəyyənləşdirir və biz daxili vəzifə yüksəlişləri, Qısa/Uzun Müddətli Tapşırıqlar (STA/LTA) və müxtəlif bazarlarda ekvivalent fəaliyyətlər vasitəsilə mümkün qədər çox inkişaf imkanları yaratmağa çalışmaqla onları tam dəstəkləyirik.

Bütün bunlar mədəni cəhətdən fərqliliklərin mövcud olduğu bir mühitdə baş verir, burada biz uğurlarımızı birlikdə qeyd edirik və haralı olmağınızdan, kim olmağınızdan və ya hansı təcrübələrə malik olmağınızdan asılı olmayaraq, sizə yalnız “XOŞ GƏLMİSİNİZ!” deyirik.

 

Tələblərimiz çoxdur, amma qarşılığında sizə aşağıdakıları vəd edirik:

  • Karyera imkanları
  • Perspektivli əmək haqqı şərtləri (illik əsas əmək haqqı + şirkət siyasətinə uyğun olaraq bonuslar)
  • Sosial paket (tibbi sığorta, nahar, şirkət avtomobili, mobil rabitə)

 

Müraciət etmək istəyirsiniz?

Xahiş edirik unutmayın ki, müraciətləri yalnız bu yolla qəbul edirik. Müraciət üçün son tarix mayın 24-dür. Müraciətləri daim nəzərdən keçiririk və vakansiyalar üçün müraciətlərin sayı təyin edilən son tarixdən daha erkən dola biləcəyi üçün, mümkün qədər tez müraciət etməyinizi tövsiyə edirik.

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və eyni zamanda bu maraqlı və mürəkkəb iş üçün müraciət etmək istəyirsinizsə, xahiş edirik ingilis dilində CV-nizi və bu işdən gözlədiyiniz əmək haqqı səviyyəsini buraya göndərin.

Müraciətinizi səbirsizliklə gözləyirik.