Menyu

Brend menecer

Əsas vəzifə öhdəlikləri:

  • Yeni məhsulun işlənib hazırlanması prosesində iştirak
  • Müəyyən bazar seqmentində brendin yerləşdirilməsi və istehlakçı fikirlərinin təhlili
  • Brendlər/kanallar və satışlar (SWOT - güclü və zəif tərəflər, üstünlüklər, təhlükələr), uzunmüddətli əməliyyatlarla bağlı əsas zəif nöqtələrin və imkanların müəyyən edilməsi
  • Yerli və dünya bazarındakı bütün trendləri izləmək, istehlak bazarlarını və rəqiblərin fəaliyyətini araşdırmaq
  • Brendin işlənib hazırlanma planı
  • Büdcələrin idarə edilməsi
  • Marketinq materiallarının hazırlanması, marketinq layihələrinin və fəaliyyətlərinin icrası
  • Şirkətin sosial fəaliyyətlərində və layihələrində iştirak.

 

Namizədlərə tələblər:

  • Marketinq və əlaqəli mövzular haqqında sənaye və marketinq sahəsində çoxillik praktik təcrübədən əldə edilmiş (reklam fəaliyyəti, bazar araşdırması, istehlakçı davranışı, marketinq analitikası) mütəxəssis bilikləri
  • Ali təhsil haqqında diplom
  • Rəhbər vəzifədə ən azı 1-2 il iş təcrübəsi
  • İngilis dilini mükəmməl səviyyədə bilmək (Advanced level)
  • Pivə bazarındakı vəziyyət, trendlər, rəqiblərin fəaliyyəti haqqında məlumat
  • Yaradıcı düşüncə ilə yanaşı son dərəcə mükəmməl ünsiyyət bacarıqları və güclü analitik bacarıqlar
  • Tənqidi düşüncə və emosional zəka.

 

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, xahiş edirik, nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə CV-nizi ingilis dilində  buraya  göndərin

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.