Menyu

Satış üzrə ərazi meneceri (Gəncə ş./Mingəçevir ş.)

Əsas vəzifə öhdəlikləri:

  • təhkim olunan ərazidə bazar vəziyyətinin təhlili, yeni müştəri axtarışı, müqavilə bağlanması
  • məqsəd və hədəflərin qoyulması, təhkim olunan satış ərazisinin ticarət nümayəndələrinə nəzarət və onların səmərəli işinin təşkili
  • distribüterin xətti tabeçiliyində olan SN komandası tərəfindən satış həcmi, ərazi əhatəsi üzrə qoyulan hədəflərin, ticarət nöqtələrində məhsulların düzülüş və ticarət avadanlığının yerləşdirilməsi standartlarının yerinə yetirilməsinin təmin olunması
  • şirkət standartlarına uyğun olaraq tabeçilikdə olanlar üçün sahə təlimlərinin, auditlərin keçirilməsi və onların müşayiət edilməsi
  • distribüterin anbarlarında və ticarət nöqtələrində vaxtından keçən məhsulların olmaması üçün distribüterlərlə qarşılıqlı əlaqə
  • şirkət avadanlığının istifadəsinə və salamatlığına nəzarət, pərakəndə satış nöqtələrində və distribüterlərin anbarlarında ticarət avadanlığının inventarizasiyası.

 

Namizədlərə tələblər: 

  • Ali təhsil
  • Satış sahəsində ən azı üç il, idarəetmə sahəsində ən azı iki il iş təcrübəsi
  • Təcrübəli Microsoft Office istifadəçisi
  • Məlumat bazaları ilə işləmə bacarığı
  • Sistemli yanaşma və analitik təfəkkür.

 

Bilik və bacarıqlar: 

  • müştərilərlə iş, ünsiyyət, danışıqlar aparmaq, effektiv merçendayzinq, ticarət nöqtələrində planoqram düzülüşü, ərazinin idarə olunması, satışın idarə olunması və məhsulların reklamı, kontragentlərlə müqavilə bağlama bacarıqları
  • məhsulların təchizat, saxlanma və daşınma şəraiti barədə biliklər
  • yaxşı ünsiyyət bacarıqları
  • təqdimat keçirmə bacarıqları
  • daxili sənədlərin tərtibatına dair tələblər və onların tərtibat qaydası barədə biliklər
  • danışıqlar zamanı müqavilə şərtlərinin və müştərilərlə müqavilə bağlanmasının səmərəliliyinin hesablanması
  • şirkət məhsullarının uçotunun və onların satış planlarının yerinə yetirilməsi haqqında hesabatların tərtib olunmasının təşkili.

 

Əlaqə 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidlərə daxil olaraq, CV-nizi buraya, göndərməyiniz xahiş olunur. 

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.