Menyu

Xırdalan 0.0 AFFA ilə əməkdaşlığını genişləndirir: Azərbaycan futzal millisinin sponsoru oldu

 Xırdalan 0.0” brendi futzal üzrə Azərbaycan milli komandasının alkoqolsuz sponsoru olacaq.

Yeni tərəfdaşlıq noyabrın 19-da keçirilən futzal üzrə 2026/2027-ci illər mövsümünün təqdimat mərasimində elan edilib.

Tədbirdə sponsorluq müqaviləsi Carlsberg Azerbaijan-ın baş direktoru Krasimir Lazarov və AFFA-nın baş katibi Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Mərasim çərçivəsində futzalın yeni loqosu da təqdim edilib, Yüksək və Birinci liqaların püşkü atılıb. 

Yeni sponsorluq Carlsberg Azerbaijan ilə AFFA arasında 2024-cü ildə əsası qoyulmuş əməkdaşlığın davamıdır. Dördillik müqavilə ilə Xırdalan 0.0 milli futbol komandasının sponsorlarından biri olub. Əməkdaşlıq milli komandanın oyunlarına dəstəklə yanaşı, azarkeş marağının artırılması və Azərbaycan futbolunun inkişafına töhfə verən sosial təşəbbüsləri də əhatə edir. 

Tərəfdaşlığın futzal üzrə milli komandanı da əhatə etməsi iki qurum arasında əməkdaşlığın yeni mərhələsini təşkil edir və Xırdalan 0.0 brendinin Azərbaycan idmanına dəstəyini genişləndirir.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel: +99412 3420900; +994502867664 Email: [email protected]