Menyu

Carlsberg Azerbaijan elektron musiqi konsertinə ev sahibliyi etdi

13 may 2022-ci il  tarixində Xırdalan Şəhər Bələdiyyəsi və ölkənin ən böyük pivə istehsalçısı Carlsberg Azerbaijan-ın birgə təşəbbüsü olaraq Carlsberg-in istehsalat sexində  elektron musiqi konserti keçirildi. Gənc tarzən, bəstəkar və elektron musiqi prodüseri İbrahim Babayev yenicə dərc etdiyi vİBrant adlı albomunu canlı ifada təqdim etmişdir, musiqiçi Abşeron rayonu sakinidir.

Bu mədəni tədbir Avropa Birliyinin EU4Culture - Şərq Tərəfdaşlığı  ölkələrində  Mədəni İnkişaf Strategiyalarının Hazırlanmasında qeyri-paytaxt şəhər və rayonlarına dəstək layihəsi çərçivəsində   Xırdalan şəhəri üçün nəzərdə tutulan addımlardan biridir.   Şəhər ərazisində yerləşən müəssisənin yerli icma və sakinlərlə mədəni fəaliyyətə cəlb olunması, şəhərin daha zəngin və rəngarəng mədəni panormasını yaratmaq məqsədi ilə atılan ilk addımdır. Carlsberg Group-un bir hissəsi olan Carlsberg Azerbaijan-ın sözügedən tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil, belə ki, Carlsberg Group fəaliyyət göstərdiyi bazarlarda elm və incəsənətə dəstək göstərir.

Keçirilmiş tədbir Xırdalanda fəaliyyətdə olan başqa sənaye müəssisələrinə Corporate Social Responsibility (Korporativ Sosial Məsuliyyət) sahəsində  bir növ çağırış kimi dəyərləndirilə bilər. Gələcəkdə  şəhər üzrə müxtəlif sənaye məkanlarında elektron musiqi festivalının təşkili  ideyasının sınaqdan keçirilməsi niyyəti də burada var.  Tədbirin video çəkilişinin növbəti günlərdə Xırdalanda açıq havada olan ictimai məkanlarda təqdim olunması nəzərdə tutulur.          

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]