Menyu
S27 hero image.png

YELKƏN'27

Carlsberg Group-un yeni Strategiyası

YELKƏN'27 Strategiyamız

YELKƏN'27, Carlsberg-in 30-dan çox müxtəlif bazar və fəaliyyət sahəsinə məxsus 200-dən çox işçisi tərəfindən birgə yaradılmış, şirkətin birgə səyləri nəticəsində hazırlanmış ümumi strategiyasıdır.

YELKƏN’27 strategiyasının hazırlanmasında, düşüncə tərzimizin yenilənməsini və yeni strategiyamızın gözlənilən istehlakçı, müştəri, sosial, tənzimləyici, iqtisadi və geosiyasi tendensiyaları və onların pivə kateqoriyasına mümkün təsirlərini əks etdirməsini təmin etməklə, həm həcm, həm də dəyər baxımından strateji, təşkilati və maliyyə dinamikamızı qoruyub saxlamağa və təkmilləşdirməyə çalışdıq. Beləliklə, YELKƏN'27 strategiyası əvvəlki illərə dair təcrübələrlə gələcək proqnozları birləşdirərək əks etdirir.

Əsas etibarı ilə YELKƏN'27 sayəsində fəaliyyət istiqamətimizi və resurs bölgüsünü müəyyənləşdirən müxtəlif strateji seçimlər edə biləcəyimiz beş strateji vasitə - portfel, coğrafiya, icra, mədəniyyət və səyahətin maliyyələşdirilməsi - üzərində cəmləşir. Strateji təsir imkanlarımız və seçimlərimiz birlikdə səhmdarların dəyərini artıracaq inteqrasiya olunmuş fəaliyyətlər toplusu kimi nəzərdən keçirilməlidir.

YELKƏN'22 strategiyasının təkmilləşdirilmiş versiyası olan YELKƏN'27 daha yaxşı gələcək üçün pivə hazırlamaq məqsədimizə, eləcə də bazarlarımızda ən uğurlu, peşəkar və cəlbedici pivə istehsalçısı olmaq ambisiyamıza əsaslanır.

BİZİM SƏYAHƏTİMİZ

Daha yaxşı bu gün və sabah üçün pivə hazırlanmaq 

Bazarlarımızda ən uğurlu, peşəkar və cəlbedici pivə istehsalçısı olmaq

Güclü tərəflərimizə əsaslanaraq artımı sürətləndirmək

Strateji prioritetlərimiz

Məqsədimizə çatmaq üçün YELKƏN'27 beş əsas prioritetə ​​diqqət yetirir:

  1. Portfel seçimlərimiz
  2. Coğrafi prioritetlərimiz
  3. İcra mükəmməlliyimiz
  4. Qaliblər mədəniyyətimiz
  5. Səyahətimizin maliyyələşdirilməsi

Bütün maraqlı tərəflər üçün dəyər yaratmaq

Səhmdarlar

  • İllik 3-5% gəlir artımı.
  • Əməliyyat mənfəətində xalis gəlirdən yuxarı artım
  • Qoyulmuş kapitalın daimi gəlirliliyi
  • Düzgün kapital bölgüsü
  • İddialı dayanıqlı inkişaf məqsədləri

İşçilər

  • Güclü inkişaf imkanları və əlaqələri olan məqsədyönlü və performansa əsaslanan şirkət
  • Cəlbedici, müxtəlif və əhatəli iş yeri
  • Qürur duyulacaq güclü brendlər, məhsullar və iddialı dayanıqlıq səyləri

Cəmiyyət

  • “Birlikdə SIFIRA doğru və daha İrəli” səyahətimizdə dayanıqlığı qorumaq
  • Elm, incəsənət və mədəniyyətə investisiya yatırmaqda Carlsberg Fonduna dəstək
  • İcmalarla əməkdaşlıq etmək və fəaliyyət göstərdiyimiz ölkələrdə tərəqqiyə töhfə vermək