Menyu

Anbardar

Əsas vəzifə öhdəlikləri:

  • anbara daxil olan və anbardan buraxılan malların miqdara, çeşidlərə, keyfiyyətə, komplektliyə, həmçinin müəyyən mallardan asılı olaraq digər xüsusiyyətlərə görə mal müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması
  • qəbul edilən və buraxılan mal material qiymətlilərinin miqdarının uçotu və keyfiyyətinə nəzarət
  • müəyyənləşdirilmiş MMQ-nin anbarlaşdırılması və saxlanılması qaydaları və şərtlərinə, partiyaların seçilməsi və yığılması qaydalarına əməl olunması
  • bütün anbar işləri kompleksinin (yükləmə-boşaltma, MMQ-nin qəbulu və buraxılması) həyata keçirilməsi

 

Namizədlərə tələblər:

  • ali riyazi/iqtisadi/texniki təhsil
  • bu sahədə ən azı 1 il iş təcrübəsi
  • sənədlərlə işləmə bacarığı
  • fəaliyyəti planlaşdırma bacarığı
  • fəaliyyəti üzrə hesabatların tərtib olunması bacarığı
  • Azərbaycan, rus dili bilikləri – mükəmməl səviyyədə; ingilis dili bilikləri - ən azı Intermediate səviyyəsində

 

Bilik və bacarıqlar:

  • Microsoft Office bilikləri – mükəmməl səviyyədə
  • analitik təfəkkür
  • ünsiyyətcillik
  • stressə davamlılıq
  • məsuliyyətlilik

 

Əlaqə məlumatları:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub buraya göndərməyiniz xahiş olunur.

Nəzərə alın ki, yalnız məhdud sayda namizəd müsahibələrə dəvət olunacaq.