24 noyabr tarixində Carlsberg Azerbaijan ölkənin pivə sənayesi üçün mühüm bir mərhələni qeyd etdi. Yerli istehsal olunan arpa səmənisindən hazırlanan ilk pivə partiyasının dequstasiyası uğurla həyata keçirildi. Bu nailiyyət yerli xammaldan istifadənin genişləndirilməsi və daha dayanıqlı, davamlı dəyər zəncirinin formalaşdırılması istiqamətində mühüm addımdır.
Bu uğur, İmişlidə yerləşən Promalt zavodunda ilk yerli arpa səmənisi nümunələrinin sınaq istehsalının tamamlanmasından sonra əldə edilib. Tədbirdə Azərşəkər, Promalt və Azersun Holding şirkətlərindən olan tərəfdaşlar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak etmiş, bu nailiyyətin ölkənin aqrar və sənaye sektorları üçün strateji əhəmiyyətini bir daha vurğulamışdır.
Tədbirdə çıxış edən Carlsberg Azerbaijan-ın Baş direktoru Alius Antulis qeyd edib:

“Bu, Xırdalan pivəsi və Azərbaycan pivə sənayesi üçün tarixi bir mərhələdir.
Yerli arpa səmənisindən hazırlanan pivənin ilk dequstasiyası illərin əməkdaşlığı, innovasiyası və səylərinin nəticəsidir.
Bu uğur, yerli xammalın tətbiqinin strateji əhəmiyyətini bir daha göstərir — və bu, yalnız başlanğıcdır. Bu mühüm mərhələnin reallaşmasında əməyi olan bütün tərəfdaşlarımıza və iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm.”
Yerli xammaldan istifadə istehsalın dayanıqlığını artırır və dad-ətir balansına daha dəqiq nəzarət imkanı yaradır. Carlsberg Azerbaijan, tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə davam edəcək, Azərbaycan arpa səmənisinin potensialını daha da inkişaf etdirəcək və pivə sənayesində yerli dəyərin yaradılmasını təşviq edəcək.



Korporativ Ünsiyyətlər üzrə Rəhbər