Menyu

Prezident İlham Əliyev Davosda Carlsberg Group-un Baş İcraçı Direktoru ilə görüşüb

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Carlsberg Group-un Baş İcraçı Direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycanda tam yerli xammal və materiallardan istifadə olunmaqla istehsalın təmin edilməsi üçün bir sıra layihələrin artıq uğurla həyata keçirildiyini qeyd ediblər. Bu layihələr Carlsberg Group-un ölkədə uzunmüddətli lokalizasiya, dayanıqlı inkişaf və əlavə dəyər yaratmaq strategiyasının mühüm tərkib hissəsidir.

Bu kontekstdə pivə istehsalı üçün əsas xammal olan arpa səmənisinin emalını həyata keçirən İmişli arpa səmənisi emalı zavodunun fəaliyyəti xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, qablaşdırma materiallarının istehsalının tam lokallaşdırılması istiqamətində işlər davam edir və bu prosesin gələcəkdə tam başa çatdırılması planlaşdırılır.

Yakob Aarup-Andersen qeyd edib ki, Azərbaycanda istehsal olunan Carlsberg Group məhsullarının ixracı 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb, bu da yerli istehsalın beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.

Görüşdə, eyni zamanda, Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli investisiya mühiti yüksək qiymətləndirilib və bu şəraitin sənayenin davamlı inkişafına töhfə verdiyi vurğulanıb.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]