İyunun sonunda "Məsuliyyətli ol!" kampaniyası çərçivəsində şirkətimizin dəstəyi ilə region gəncləri arasında geniş imkanları olan "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının tərəfdaşlığı ilə "I Məsuliyyətli İstehlak & Sürücülük İntellektual Liqası"nın final yarışı keçirilmişdir. Yarış ilkin olaraq Gəncə, Şəki, Quba, Şamaxı, Sumqayıt, Masallı regionları və Bakı şəhərində baş tutmuşdur. Regionlarda qalib gələn komandalar Bakıda final oyununda qarşılaşıblar.
1-ci yer – Mindhunters (Gəncə şəhərinin komandası)
2-ci yer – Miracle (Quba rayonun komandası)
3-cü yer – Gauntlet (Bakı şəhərinin komandası)
Müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalar kubok, müxtəlif qiymətli hədiyyələr, sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, Carlsberg Azerbaijan şirkəti məsuliyyətli istehlak və ayıq sürücülük istiqamətində maarfiləndirmə fəaliyətlərini 2022-ci ildə daha da genişləndirilmişdir. 21 sentyabr 2021-ci il tarixində Carlsberg Azerbaijan və "ASAN Könüllüləri" Təşkilatı arasında məsuliyyətli istehlak və ayıq sürücülük istiqamətində uzunmüddətli əməkdaşlıq ilə başlayan faəliyyətlər bu il "Məsuliyyətli ol!" kampaniyası çərçivəsində "Məsuliyyətli istehlak və Məsuliyyətli sürücülük" devizi altında keçirilir.
Ötən ilki faəliyyətlərdən fərqli olaraq, bu il kampaniya digər regional gənclər təşkilatların iştirakı ilə daha çox bölgəni əhatə edir. 2021-ci ildə Bakı, Gəncə, Sumqayıt, Bərdə və Quba regionlarında yaşayan vətəndaşlar arasında rəqəmsal mühitdə maarifləndimə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu fəaliyətləri icra olunması ilə başlayan maarifləndirmə işləri, bu il Şəki, Şamaxı və Masallı regionlarının da bu prosesə qoşulması ilə daha da geniş miqyas alıb.
Eyni zamanda, Carlsberg Group məsuliyyətli istehlak məsələsinə böyük diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer Responsibility Day - Ümumdünya məsuliyyətli pivə istehlakı günü) təşəbbüsündə yaxından iştirak edir.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər