İyulun 27-sində Dəniz Mall ticarət mərkəzində ekoloji flaşmob təşkil olunub. Ölkədə plastik və metal qablaşdırma tullantılarının miqdarının azaldılması məqsədi ilə Coca-Cola Azerbaijan, Carlsberg Azerbaijan -ın “Baltika 0” alkoqolsuz pivəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, EcoHub ekoloji platformasının, həmçinin Dəniz Mall və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Sıfır tullantı” layihəsi çərçivəsində maraqlı aksiya keçirilmişdir. Eko könüllüləri və ASAN könüllülərinin iştirakı ilə baş tutan flaşmob əhalinin diqqətini ətraf mühiti çirkləndirən qablaşdırma tullantılarının təkrar emala göndərilməsi və miqdarının azaldılması məsələsinə diqqət çəkmək üçün təşkil olunmuşdur.
“Sıfır tullantı” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Nazirlik) dəstəyi ilə, Coca-Cola və Carlsberg Azerbaijan- ın “Baltika 0” alkoqolsuz pivəsinin tərəfdaşlığı və EcoHub ekoloji platformasının icraçı partnyorluğu ilə icra olunur.
Qeyd edək ki, İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti konsepsiyası çərçivəsində pilot yanaşma kimi nəzərdə tutulan “Sıfır tullantı” (Zero Waste) layihəsi yay mövsümü ərzində çimərlik sahilində fəaliyyət göstərən müəssisələrdə (kafe və restoranlarda) istifadə olunan qablaşdırma tullantıların miqdarının azaldılması və onların toplanıb təkrar emala cəlb olunması üzrə müxtəlif toplama və çeşidləmə üsullarını sınaqdan keçirəcəkdir. Layihə ərzində çimərlik sahilində fəaliyyət göstərən müəssisələrə (kafe və restoranlar) xüsusi toplama qutuları yerləşdirilərək, qablaşdırma tullantılarının yığım işi təşkil olunacaq. Layihə müddətində toplanılan qablaşdırma tullantıları təkrar emala göndəriləcək.
Məlumat üçün bildirək ki, Nazirlik İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti konsepsiyasını sınaqdan keçirmək məqsədi ilə Coca-Cola Azerbaijan və Carlsberg Azerbaijan şirkətləri və digər tərəfdaşları ilə birlikdə qablaşdırma tullantılarının ətraf mühitə təsirinin qarşısının alınması və azaldılması üzrə müxtəlif pilot layihələr həyata keçirir.
Təşkilatçılar əhalinin yay mövsümü ərzində çimərlik ərazisini tullantılar ilə çirkləndirməyərək Xəzər dənizini qorumağa çağırır.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər