Menyu

Carlsberg fondları koronavirus pandemiyası ilə mübarizə səyləri və tədqiqat üçün 95 milyon Danimarka kronu yardım edib

Carlsberg, Yeni Carlsberg və Tuborg Fondları, cəmiyyətin COVID-19 epidemiyası ilə qarşı-qarşıya qaldığı bir vaxtda vətəndaş cəmiyyətini elmi, iqtisadi və insan səylərinə səfərbər edəcək və dəstəkləyəcək birdəfəlik müavinətlər ödəməyi hədəfləyir.

​​​​Carlsberg ailəsindəki üç fond qlobal COVID-19 epidemiyası ilə əlaqədar problemlərin aradan qaldırılmasına kömək etməyə çalışır. Fondlar, insanlar və cəmiyyət ciddi problemlərlə qarşılaşdıqda məsuliyyət götürməlidir. Ümumilikdə 95 milyon Danimarka kronu (DKK) ianə veriləcək.

​​İşıqlı gələcək üçün innovativ araşdırmaları təşviq edən və dəstəkləyən Carlsberg Fondu, üç beynəlxalq Koronavirusla mübarizə layihəsinə 60 milyon DKK dəyərində maliyyə yardımı edib.

  • 25 milyon DKK, Kopenhagen Universiteti, Arhus Universiteti və Serum İnstitutu arasındakı əməkdaşlıqda beynəlxalq səviyyədə tanınan virus tədqiqatçılarının elmi qrupuna təqdim olunub.
  • 25 milyon DKK, Kopenhagen Universiteti, Aarhus Universiteti və Texniki Universitet arasında əməkdaşlıqda, cəmiyyət olaraq epidemiyanı ən effektiv şəkildə necə idarə edəcəyimizi araşdıracaq davranış qaydaları üzrə tədqiqatçı qrupuna təqdim olunub.
  • 10 milyon DKK Roskilde Universitetində tarixi epidemiyaların yaranması, yayılması və dayandırılmasını araşdıran fənlərarası qrupa təqdim olunub. Üç layihə COVID-19 hazırlığı və gələcəkdə yarana biləcək epidemiyaların xüsusiyyəti, qarşısının alınması, diaqnozu və müalicəsində yeni, qlobal fikirlərin yaranmasına yol açdı.

Carlsberg Fondunun Sədri, Professor Flemming Besenbacher qeyd edir ki​: "COVID-19 hazırda geniş miqyasda artmaqdadır, buna görə də üzləşdiyimiz böyük problemlərin həllinə töhfə verməsi üçün dünyanın bir sıra aparıcı tədqiqatçıları qısa vaxtda əməkdaşlığa səfərbər edə bildiyimiz üçün məmnunuq.  Carlsberg şirkətinin təsisçiləri J.C. və Carl Jacobsen və Calrsberg Fondu tarixən cəmiyyətlərin böhranda olduğu bir vaxtda həmişə dəstək göstərmişdir. Və hal-hazırda bu məsələlərin həllinə və uzunmüddətli düşünməyə kömək etmək üçün əvvəlkindən daha çox elmə ehtiyacımız var.”

İncəsənəti dəstəkləyən Yeni Calrsberg Fondu Danimarkada böhranın təsir etdiyi incəsənət muzeylərinin fəaliyyətinin bərpası üçün 30 milyon DKK həcmində maliyyə yardımı göstərib. Əksər incəsənət muzeyləri COVID-19 virusu ilə əlaqədar olaraq səlahiyyətli orqanların verdiyi təlimatlara əsasən müvəqqəti olaraq bağlanılıb və Ny Carlsberg Fondu, muzeylər yenidən açılan zaman qonaqları muzeylərə cəlb edəcək proqramların icrası üçün incəsənət muzeylərinə maliyyə yardımı etmək qərarına gəlmişdir.​​​​ 

Yeni Carlsberg Fondunun Sədri, Christine Buhl Andersen bildirir ki: “Muzeylər mədəni və biznes həyatının ayrılmaz hissəsini təşkil edir və Yeni Carlsberg Fondu adından onların səylərini dəstəkləmək istəyirik ki, incəsənət muzeyləri yenidən açıla və cəmiyyətdə öz vacib vəzifələrini ümidlə davam etdirə bilsinlər.”

Gənclərin davamlı gələcəyə bağlılığını dəstəkləyən Tuborg Fondu, COVID-19 virusunun təsir etdiyi şəxsələrin dəstəyinə yönəlmiş fəaliyyətə başlamaq üçün, vətəndaş cəmiyyəti gənclər təşkilatları üzrə fövqəladə işçi qrupuna 5 milyon DKK maliyyə yardımı göstərib. Fond, həmçinin mövcud vəziyyətdən ciddi şəkildə təsirlənən biznes sektorunun, məsələn, Tuborg Fondunun ənənəvi olaraq dəstəklədiyi musiqi məkanlarının yardım ehtiyacına da nəzarət edəcək.​

Tuborg Fondunun sədri, Anne Marie Skov bildirir ki: "Hazırda xüsusilə epidemiyadan əziyyət çəkən həssas insanlara qarşı vəziyyətin dəyişdirilməsi istiqamətində gənclərə bu   fürsətdən istifadə etmək  imkanın veririk. Danimarkada xüsusi vətəndaş cəmiyyətimiz mövcuddur və Tuborg Fondu olaraq gənc könüllülərə bu cür fövqəladə vəziyyətdə bir çox şəxslərin faydalana biləcəyi xüsusi vəzifələrə ruhlandırmaq üçün vasitə vermək istəyirik”.

Bu kimi əlavə ianələrlə, Carlsberg ailə fondları pandemiyanın təsirini azaltmaq və gələcəkdə daha yaxşı müqavimət yaratmaq üçün səhmdarlara və tərəfdaşlara dəstəyini bildirmək istəyir. ​​​​​​