Menyu

Carlsberg Azerbaijan PepsiCo-un Azərbaycanda bottleri olacaq

Carlsberg Group-un PepsiCo ilə strateji tərəfdaşlığını Azərbaycana da genişləndirdiyini məmnuniyyətlə bildiririk. Yeni razılaşmaya əsasən, Carlsberg 1 yanvar 2027-ci il tarixindən etibarən PepsiCo-nun Azərbaycandakı bottleri (qablaşdırma şirkəti) olacaq və bu bazarda PepsiCo alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək. 

Xırdalandakı istehsal müəssisəmizin əsaslı şəkildə yenidən qurulması və istehsal gücünün artırılması dövründə PepsiCo məhsul portfelinin istehsalı müvəqqəti olaraq hazırkı bottler olan Mars Overseas-in istehsal müəssisəsində davam etdiriləcək.  

“PepsiCo ilə uzunmüddətli tərəfdaşlığımızın Azərbaycana da genişlənməsindən çox məmnunuq. Yeni razılaşma çərçivəsində PepsiCo-nun ikonik brendlərini ölkədəki güclü yerli pivə portfelimizə əlavə edəcəyik və Azərbaycan bazarındakı biznesimizi əhəmiyyətli dərəcədə böyüdəcəyik. Bu, istehlakçılara  daha uyğun və çeşidli seçimlər təqdim etməyə imkan verəcək.” 

Yakob Aarup-Andersen, Carlsberg Group-un İcraçı direktoru 

Yeni razılaşmanın qüvvəyə minməsi ilə Carlsberg və PepsiCo 15 bazarda bottler müqavilələrinə malik olacaq: Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kamboca, həmçinin 2029-cu ildən Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva, 2027-ci ildən isə Azərbaycan. 

“Bu tərəfdaşlıq şirkətimiz və əməkdaşlarımız üçün mühüm imkanlar yaradır. Həcmlərin təxminən iki dəfə artacağının gözlənilməsi, istehsal müəssisəmizə əhəmiyyətli investisiyaların planlaşdırılması və yeni iş yerlərinin yaradılması Carlsberg Azerbaijan-ın ölkənin aparıcı içki istehsalçılarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”, — deyə Carlsberg Azerbaijan-ın Baş direktoru Krasimir Lazarov əlavə edib. 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]