Menyu

Carlsberg Azerbaijan Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edib

13-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib.

Yubiley ilində sərgi növbəti dəfə ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadənin optimallaşdırılması və materialların təkrar emalı məsələlərinə cəlb edib. Üç gün ərzində dünyanın 10 ölkəsindən 60 şirkət sərginin peşəkar auditoriyasına sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin iyun ayında Carlsberg Azerbaijan və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və bu əməkdaşlıq çərçivəsində şirkətimiz də bu sərgidə iştirak edərək Carlsberg Group-un “Birlikdə sıfıra doğru (Together Towards Zero)” dayanıqlı inkişaf strategiyasını təqdim edib.

Carlsberg Azerbaijan şirkətinin stendi bir çox sərgi ziyarətçisinin diqqətini cəlb edib və “The best corporate style” (Ən yaxşı korporativ üslub) nominasiyasında mükafata layiq görülüb. Ziyarətçilər, həmçinin, alkoqolsuz içki portfelimizlə tanış olmaq imkanı əldə edib. Sərgini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ziyarət edib. O, sərgidə iştiraka görə minnətdarlığını ifadə edib və şirkətimizin dayanıqlı inkişaf strategiyası ilə tanış olub.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]