Carlsberg Azerbaijan istehsal olunan məhsulların məsuliyyətli istehlakına xüsusi diqqət yetirir və 2015-ci ildə dünyanın ən iri pivəbişirən zavodları tərəfindən başladılmış “Ümumdünya Məsuliyyətli Pivə İstehlakı Günü” adlı qlobal təşəbbüsü dəstəkləyir.
Bu təşəbbüs ayıq sürücülüyün vacibliyi barədə əhalinin məlumatlılığının artırılmasına, yetkinlik yaşına çatmayan şəxslərin spirtli içkilərin istehlakının yolverilməzliyinə və ümumilikdə spirtli içki istehlakı mədəniyyətinin inkişafına yönəlib. Ötən illər ərzində Şərqi və Qərbi Avropanın, və Asiyanın onlarla ölkəsində bu təşəbbüsün çərçivəsində aksiyalar keçirilib. Yalnız 2017-ci ildə 20 milyondan artıq insan bütün Carlsberg Group üzrə bu təşəbbüsü dəstəklədi.
Belə ki, 2016-cı ildə Carlsberg Azerbaijan Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə avtomobillərin şəhərdə ən çox keçdiyi nöqtələrdə sürücüləri ayıq sürücülüyün vacibliyi barədə məlumatlandıraraq reydlər keçirib.
2017-ci ildə şirkət UBER texnoloji platforması ilə əməkdaşlıq çərçivəsində Bakının onlarla pub və restoranlarında Xırdalan pivəsi alan 500-dən çox avtomobil sürücüsünə pulsuz gediş imkanı verib.
Bu il şirkət iki mərhələdən ibarət olacaq təşəbbüsün əhatə dairəsini genişləndirməyə qərar verib. Bir ay ərzində sosial şəbəkələrdə, həmçinin böyük informasiya resursları və bloqqerlərin səhifələrində ayıq sürücülüyə həsr olunmuş çarx yayımlanmışdır.
13 sentyabr zavodumuzda Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov, sürücülük üzrə peşə məktəbinin nümayəndələri Zair Rzayev və Səbinə Əsgərova və “Psixoloji mərkəz” təşkilatının sədri Svetlana Məcidova ilə dəyirmi masa formatında görüş keçirilmişdir. Tədbirdə KİV nümayəndələri də iştirak etmişdir.
Görüşün əvvəlində Korporativ Ünsiyyətlər departamentinin rəhbəri Nadejda Ovsyannikova qonaqları salamlayaraq diqqəti bu təşəbbüsün vacibliyi və onun Carlsberg Azerbaijan tərəfindən dəstəklənməsinə cəlb etdi. Daha sonra spikerlər bütün dünyada və Azərbaycanda statistika, həmçinin faciəvi fəsadlara yol açan spirtli içkidən sui-istifadə halları barədə danışaraq, profil sahələrdə öz təcrübələrini paylaşmış, həmçinin ayıq sürücülük və, ümumilikdə, məsuliyyətli istehlakı təbliğ edəcək informasiya xarakterli tədbirlərin gücləndirilməsinə yönələn təşəbbüslər irəli sürmüşdürlər.
Spikerlər:
Korporativ Ünsiyyətlər departamentinin rəhbəri
Azərbaycan və Qazaxıstan
Carlsberg Group
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki
“Psixoloji mərkəz” təşkilatının sədri. Psixologiya elmləri doktoru.
BDU-nin sosial elmlər və psixologiya fakültəsində işləyir, “Gender və tətbiqi psixologiya” kafedrasının dosenti
bloqqer, Praym Taym 106 FM aparıcısı, Autograph.az saytının direktoru və jurnalisti
“Autograph” proqramının aparıcısı
Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN təşkil edir, şirkət AR Vergilər Nazirliyinin vergi tərəfdaşı statusuna malikdir. Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxmini 50 mln AZN təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika 4, Baltika Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon, Karmi Sensual, Somersby kimi məşhur brendlər var.
Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 41000-dən çoxdur.