Menyu

Top Menecer köməkçisi və səyahət üzrə koordinator

Əsas vəzifə öhdəlikləri:

  • Baş Direktor və/və ya rəhbərliyin (Top Menecment) iştirakı ilə iclas protokollarının aparılması
  • Baş Direktor tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Görüşlərin, iclasların və tədbirlərin planlaşdırılması və idarə edilməsi
  • Danışıqlarda, işgüzar görüşlərdə, xüsusi iclaslarda iştirak
  • İşgüzar səfərlərin koordinasiyası (biletlərin bron edilməsi, sığorta, şirkət işçilərinə viza dəstəyinin təmin edilməsi)
  • Aylıq ezamiyyət hesabatlarının hazırlanması
  • Büdcə tərtib etmək və nəzarət etmək üçün məlumatların toplanılması
  • Təchizatçılarla müqavilələrin hazırlanması (tam dövr: tender ərizəsi, müqavilənin imzalanması, ödənişlərin həyata keçirilməsi)
    Sənədlərin imzaya hazırlanması
  • Daxili və xarici konfransların/görüşlərin keçirilməsində köməklik və təşkilatçılıq
  • Rəhbərlik (Top Menecment) qrupunun sorğu və suallarının müvafiq şəkildə həll edilməsi.

 

Namizədə qoyulan tələblər:

  • ali təhsil haqqında diplom
  • Azərbaycan və ingilis dillərində səlis danışıq bacarığı
  • MS Word, Excel, PowerPoint və ya Outlook kimi ofis proqramlarından istifadə etməklə sənədlərin və cədvəllərin yaradılması sahəsində geniş təcrübə
  • təşkilatçılıq və ünsiyyət bacarıqları
  • layihənin idarə edilməsi və analitik bacarıqlar.

 

Əlaqə məlumatları:  

Yuxarıda qeyd edilən tələblərə cavab verirsinizsə, bu maraqlı və eyni zamanda çətin vakansiyaya müraciət etmək istəyirsinizsə, xahiş edirik, nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə CV-nizi ingilis dilində buraya göndərin.


Nəzərə alın ki, yalnız məhdud sayda namizəd müsahibəyə dəvət olunacaq.