• avadanlığın müxtəlif təmir növlərinin perspektiv və cari planlarının (qrafiklərinin) işlənib hazırlanması, avadanlığın istismarı və qulluğunun yaxşılaşdırılması ilə bağlı tədbirlərin işlənib hazırlanması, təsdiqlənmiş təmir planlarının (qrafiklərinin) yerinə yetirilməsinə nəzarət
• avadanlığın vaxtlı-vaxtında sazlanmasını və təmirini təmin edən nizamlanmış kompleks xidmət sistemlərinin tətbiq olunması
• avadanlığın texniki vəziyyətinin yoxlanılmasında, yeni daxil olan avadanlığın, ehtiyat hissələrinin təhvil alınmasında iştirak
• işlərin keyfiyyətinə nəzarət, avadanlığın işində lazımi parametr və xüsusiyyətlərə nail olmaq üçün təmir üsullarında lazımi düzəlişlərin edilməsi
• təmir işlərinin hazırlanmasının təşkili, avadanlığın təmiri üçün ehtiyat hissələrinə tələbatın müəyyən edilməsi
• SS-nin avadanlığının qulluğu və təmirinin təşkilinin təkmilləşdirilməsinə, təmir işlərinin ağırlığının və qiymətinin azaldılmasına, keyfiyyətinin yaxşılaşdırılmasına, avadanlığın istifadə səmərəliliyinin, aşınmaya dayanıqlılığının artırılmasına və boşdayanmalarının azaldılmasına yönələn tədbirlərin işlənib hazırlanması
• avadanlığın həddən artıq aşınmasının, qəza və boşdayanmalarının səbəblərinin təhlili, həmçinin həmin səbəblərin, istehsalat zədələnmələrinin səbəblərinin araşdırılmasında iştirak, onların qarşısının alınması üçün tədbirlərin görülməsi
• ehtiyat hissələri, materiallar, alətlər üçün ərizə və spesifikasiyaların tərtib olunması, düzgün sərfiyyatı və istifadəsinə nəzarət. İstehsalçı müəssisələrlə ehtiyat hissələri və avadanlığın təchizatına dair müqavilələrin bağlanması üçün materialların hazırlanması.
• ali/orta təhsil (texniki)
• analoji vəzifədə ən azı 2 il iş təcrübəsi
• təcrübəli istifadəçi səviyyəsində Microsoft Office bilikləri
• Azərbaycan dili mükəmməl səviyyədə, ingilis və rus dili bilikləri arzuolunandır.
• istehsal çertyojlarını oxuya bilməli və başa düşməli
• nasos, klapan, boru və fitinqlər barədə anlayışı olmalı
• hidravlik sxemləri oxuya bilməli
• sıxılmış hava terminologiyası barədə anlayışı olmalı
• pnevmatik komponentlər, pnevmatik zəncirlərin layihələndirilməsi və nasazlıqların axtarışı, servo-pnevmatika barədə anlayışı olmalı.
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV-nizi buraya göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.