Menyu

Mühəndis-elektronçu

Əsas vəzifə öhdəlikləri: 

Şirkətin ona həvalə edilmiş avadanlığının planlı texniki xidməti (TX) və qəza təmiri (QT)

istehsal prosesi zamanı TX və xidmət pəncərələrinin planlaşdırılması

elektronika üzrə istehsalda fasilələrin (BDA, RCA, PDCA) səbəblərinin təhlili üsullarını bilmək və tətbiq etmək, əsas səbəbləri müəyyən etmək və hazırlanmış tədbirləri vaxtında həyata keçirmək

podratçıların TX, QT, plandankənar işlərə cəlb edilməsi

avadanlığın təmirə təhvil verilməsi və təmirdən sonra təhvil alınması üzrə aktların hazırlanması

başqa bölmələrin personalı tərəfindən onlara həvalə edilmiş avadanlığın TX və QX ilə əlaqədar görülən işlərin yerinə yetirilməsinə nəzarət edilməsi

TX-nin aparılması üçün ehtiyat hissələri və materialların vaxtında təmin edilməsinə nəzarət etmək, ehtiyat hissələri və materialların sərfinə nəzarət etmək

materialların və ehtiyat hissələrinin mərkəzləşdirilməmiş tədarükü

ehtiyat hissələrinin, materialların və avadanlıqların istehsalı və alınması ilə bağlı mərkəzləşdirilməmiş müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət

avadanlığın, alətlərin, cihazların saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət 

iş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və vəzifə təlimatlarının tələblərinə əməl olunmasına nəzarət 

yüksək riskli işləri yerinə yetirilməsi zamanı naryad-buraxılış sənədinin tərtib edilməsi

sanitariya norma və qaydalarına riayət edilməsi

 

Namizədlərə tələblər: 

Ali/orta təhsil (texniki)

Elektrik avadanlıqları, avtomatlaşdırma sistemləri və nəzarət ölçmə cihazlarına texniki xidmət üzrə ən azı 3 il iş təcrübəsi

 

Bilik  və bacarıqlar:

pivə və alkoqolsuz içkilərin istehsalı texnologiyası və avadanlıqları

ona həvalə edilmiş avadanlığın hazırlanması və ona texniki xidmət göstərilməsi texnologiyası

elektrik avadanlıqlarının, avtomatlaşdırma sistemlərinin və nəzarət ölçmə cihazlarının yığılması, quraşdırılması və istismara verilməsi qaydaları

riyazi proqram təminatı və proqramlaşdırmanın əsasları

təhlükəli istehsalat obyektlərində alovla işlərin aparılması qaydaları

təzyiq altında çalışan qabların qurulması və təhlükəsiz istismarı qaydaları

bitki xammalının saxlanması, emalı və istifadəsi üçün partlayış təhlükəli istehsal obyektlərinin texniki və sənaye təhlükəsizliyi qaydaları

mükəmməl səviyyədə Azərbaycan dili biliyi, ingilis və rus dili biliyi – arzuolunandır

 

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV-nizi buraya göndərməyiniz xahiş olunur.


Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.