Menyu

Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

  • ISO 10002 tələbləri əsasında problemli məhsullar üzrə iddiaların idarə edilməsi prinsiplərinin tətbiqi və həyata keçirilməsi
  • yarımfabrikatlara, hazır məhsullara, utilitlərə, köməkçi materiallara, xammala fiziki-kimyəvi nəzarət və texniki nəzarət üçün nümunə seçiminin aparılması
  • istehlakçıların məmnuniyyətinin artırılması məqsədilə distribyutorlar və şəbəkə müştərilərinin problemli məhsullarla bağlı iddialar ilə effektiv işin təşkili
  • problemli məhsullar və onların baş vermə səbəbləri ilə bağlı daxil olmuş müraciətlər barədə məlumatların ümumiləşdirilməsi
  • distribyutorların anbarlarının müntəzəm auditinin aparılması
  • texnoloji nasazlıqların, xammal və qablaşdırma materiallarının itkilərinin, habelə hazır məhsulların və digər keyfiyyət problemlərinin əsas səbəblərinin təhlili
  • hazır məhsulların bütün normativ sənədlərə, standartlara və spesifikasiyalara uyğunluğunun təmin edilməsi
  • əsas keyfiyyət göstəricilərinin müvafiq səviyyədə başa düşülməsinin və effektiv şəkildə idarə olunmasının təmin edilməsi
  • keyfiyyət üzrə tədqiqatlarda və risklərin qiymətləndirilməsində fəal iştirak
  • rəhbərliyə məlumat vermək üçün hesabatların aparılması.

 

Namizədlərə tələblər:

  • Ali texniki təhsil (mexanika/kimya/biologiya və ya yeyinti texnologiyaları)
  • Müvafiq vəzifədə 1-3 il iş təcrübəsi, qida sənayesi üzrə təhsilə üstünlük verilir
  • Qida gigiyenası və təhlükəsizlik standartlarını və onların avadanlıq, materiallar və məhsullar üzrə tələblərə təsirini başa düşür.

 

Bilik və bacarıqlar:

  • Ümumi, qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanın əsasları
  • Qida mühitlərinin, reaktivlərin və dezinfektantların xassələri, təyinatı və hazırlanması üsulları və onlara olan tələblər
  • Müxtəlif növ ölçmə vasitələrinin və sınaq avadanlıqlarının qurulması və istismar qaydaları
  • Statistika və prosesə nəzarət alətləri ilə iş üzrə biliklər, davamlı təkmilləşdirmə proqramlarında iştirak etmək
  • Audit metodları ilə işləmək
  • Word, Excel, Power Point proqramlarını bilmək
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.

 

Əlaqə: 

Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV-nizi nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə buraya göndərməyiniz xahiş olunur.


Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.