Menyu

Hüquq məsləhətçisi

Vəzifə haqqında ümumi məlumat: 

Təşkilatın qanunlara uyğun şəkildə fəaliyyət göstərməsi, risklərinin minimuma endirilməsi və maraqlarının qorunmasının təmin edilməsində əsas rol oynayacaq Hüquq Məsləhətçisi axtarışındayıq. Hüquq məsləhətçiləri müxtəlif hüquq sferalarında strateji konsultant (məsləhətçi) və uyğunluq (compliance) üzrə mütəxəssis kimi fəaliyyət göstərirlər. 

Əsas vəzifə öhdəlikləri:

•    Korporativ, kommersiya və tənzimləyici məsələlər üzrə hüquqi məsləhətlərin verilməsi
•    Müqavilələri və razılaşmaları hazırlamaq, nəzərdən keçirmək və müzakirə etmək
•    Mövcud qanun və qaydalara riayət olunmasını təmin etmək
•    Əqli mülkiyyət hüquqlarının idarə edilməsi, qeydiyyatı və qorunması
•    Şirkətin fəaliyyətinin məlumatların mühafizəsi qanunvericiliyinə və mərkəzin tələblərinə uyğunluğunun monitorinqi
•    Uyğunluq risklərini qiymətləndirmək və onları minimuma endirmək üçün strategiyalar hazırlamaq

Təhsil və təcrübə:

•    Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
•    Hüquq sahəsində minimum 2 il iş təcrübəsi
 
Bacarıqlar:

•    Güclü analitik və problem həll etmə bacarıqları
•    Mükəmməl ünsiyyət və danışıq bacarıqları
•    Azərbaycan və rus dillərində səlis danışıq bacarıqları, Üst Orta (Upper İntermediate) səviyyədə ingilis dili biliyi
•    Təqdimat bacarıqları 

Namizədə qoyulan tələblər:

•    Dinamik, yaradıcı və strateji təfəkkürlü mütəxəssis
•    Komanda daxilində işləmə bacarığına sahib olmaq
•    Çalışqan olmaq
•    İddialılıq və məqsədyönlülük 

Təkliflərimiz:

•    Karyera yüksəlişi imkanları 
•    Tibbi sığorta paketi 
•    Komanda ilə birgə vaxt keçirə biləcəyiniz, Şirkət tərəfindən təmin edilən nahar
•    illik baza əmək haqqı + şirkət siyasətinə uyğun olaraq bonuslar
•    İşini sevən, beynəlxalq, əməkdaşlığa əsaslanan komandada işləmək

Əlaqə məlumatları:  

Yuxarıda qeyd edilən tələblərə cavab verirsinizsə, bu maraqlı və eyni zamanda çətin vakansiyaya müraciət etmək istəyirsinizsə, xahiş edirik, nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə CV-nizi ingilis dilində buraya göndərin.

Nəzərə alın ki, yalnız məhdud sayda namizəd müsahibəyə dəvət olunacaq.