“Bakı-Pivə” istehsalat birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969-cu ildə istismara verilib. Həmin dövrdə o, SSSR-nin altı ən iri pivəbişirmə müəssisələrindən biri olub.
1997-ci ildə zavod Fransanın “Group Castel” konserninin idarəsinə verilib, iki il sonra isə zavodda irimiqyaslı yenidənqurma işləri başa çatdırılıb. Yenilənmiş müəssisənin 2000-ci ildə keçirilmiş rəsmi açılış mərasimində Azərbaycan Prezidenti cənab Heydər Əliyev iştirak edib.
2008-ci ildən Xırdalandaki pivə zavodu Carlsberg Group-un bir hissəsi oldu.
2009-cu ilin may ayına qədər sahəni şirkətin bütün zavodları üçün vacib olan yüksək standartlara və texnoloji tələblərə uyğun səviyyədə hazırlamaq zəruri idi.
20 may 2009-cu il tarixində zavodun yenidənqurma işlərindən sonra təntənəli açılışı olub. Xırdalanda zavodun modernləşdirilməsi Azərbaycan Respublikasının qida sənayesində son illər ərzində həyata keçirilmiş ən iri investisiya layihələrindən biri olub.
İnvestisiya proqramı başa çatdıqdan sonra yatırımların ümumi həcmi təxmini 20 mln ABŞ dolları təşkil edib.
Müəssisədə bişirmə rejimi, qıcqırma və filtrasiya bölmələri yenidən qurulub, şüşələrə doldurulma xətti yenidən təchiz edilib və PET qablaşdırma xətti quraşdırılıb. Müəssisədə yenidən quraşdırılmış bütün avadanlıqlar Krones AG, Gea Brewery Systems Gmbh, Filtrox AG, Ring Crown, Pall Gmbh və digər aparıcı dünya şirkətləri tərəfindən istehsal olunub.
Modernləşdirmə yerli brendlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Xırdalandakı zavodda istehsal edilmiş Carlsberg Group şirkətinin bir çox tanınmış növlərini təqdim etməyə imkan verib.
Hal-hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub.
Buğdanın saxlanması üçün silosların və hazır məhsulun saxlanması üçün pivə çəlləklərinin quraşdırılması 2014-cü ildə müəssisənin əsas vəsaitlərə qoyduğu ən iri investisiya olmuşdur.
Bu innovasiyalar şirkətə öz məhsullarının keyfiyyətini artırmağa imkan yaradır, silosların quraşdırılması buğdanın saxlanma şəraitini təkmilləşdirməyə imkan yaradır və Carlsberg Group şirkətinin yüksək standartlarına tam uyğunluğu təmin edir.
Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmalarının həcmi təxminən 35-38 mln AZN təşkil edir. Fəaliyyətə başladığı vaxtdan yatırımların həcmi 65 mln AZN-dən çoxdur.
Carlsberg Group şirkətinə inteqrasiyanı davam etmək üçün 2017-ci ilin fevral ayında zavodunu adı dəyişdirilərək Carlsberg Azerbaijan adlandırılıb.