Menyu

Carlsberg plastik tullantıların azaldılması məqsədilə qabaqcıl innovasiyalar tətbiq edir

Carlsberg Group bu gün plastik tullantıların həcmini qlobal səviyyədə hər il 60 milyon plastik paket ekvivalenti - 1200 tondan artıq həcmə azaltmağa imkan verəcək qablaşdırma sahəsində bir sıra qabaqcıl innovasiya, o cümlədən bankaların Snap Pack multipaklarında yeni birləşdirmə formatını elan edib.

Snap Pack – pivə bankalarını birlikdə birləşdirməyə və Carlsberg-in altı banka ilə multipaklarının qablaşdırılması üçün istifadə olunan örtüdən (plyonkadan) imtina etməyə imkan verən qabaqcıl texnologiyadır. İnnovasiya ilk dəfədir ki pivə hazırlama sahəsində tətbiq olunub və ənənəvi multipaketlərin qablaşdırılması üçün istifadə edilən plastikin həcmini 76%-dək azalmağa imkan verəcək.

Snap Pack Carlsberg Group-un bu gün elan edilən ekoloji cəhətdən səmərəli qablaşdırma sahəsində innovasiyalar seriyasından yalnız biridir. Bu innovasiyalar arasında həmçinin aşağıdakılar var:

- Şüşə butulkanın etiketi üçün Cradle-to-CradleTM Silver ilə sertifikasiya olunan boyalara keçid etiketin emalını təkmilləşdirməyə imkan verəcək;

- Dövriyyə şüşə butulkası üçün yeni örtük onun istifadə müddətini artırmağa və ətraf mühitə təsirini azaltmağa imkan verəcək;

- Oksigeni çıxaran yeni qapaqlar pivənin dadını daha uzun müddət saxlamağa imkan verəcək.

Bu Carlsberg Group-un uzunmüddətli strateji məqsədlərinin – SIFIR karbon izi və SIFIR su itkisi – daxil olduğu “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində istehlakçılara yönələn ilk innovasiyalardır.

İnnovasiyalar ilk növbədə yenilənmə və təkmilləşmənin təmin olunması üçün Carlsberg flaqman brendinə aid olacaq. Bu, istehlakçılara ətraf mühitə təsiri azaltmağa imkan verəcək əla dada malik pivənin “Çox güman ki, dünyada ən yaxşı pivə” əfsanəvi sloqanını möhkəmləndirmək üçün atılan bir addımdır.

“Bu Carlsberg üçün vacib gündür. Dayanıqlı inkişaf sahəsində məqsədlərimizə nail olmaq və iqlim dəyişmələri ilə mübarizədə köməklik göstərmək üçün ciddi səylə çalışırıq. Biz daima təkmilləşməyə çalışırıq və bugünkü buraxılış təsisçimizin izi ilə daha yaxşı gələcəyə necə getdiyimizi dəqiqliklə nümayiş etdirir.  Carlsberg Snap Pack plastik tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldacaq və biz istehlakçılarımıza ətraf mühitə daha az təsir edən pivəni dadmaq imkanını bəxş etməyi səbirsizliklə gözləyirik”, - deyə Carlsberg Group-un prezidenti və icraçı direktoru Kees’t Xart qeyd edib.

Carlsberg Group-un tədqiqatçılar komandası həm istehlakçılar, həm iqlim üçün müsbət dəyişikliklərə səbəb olacaq innovasiyaları yaratmaq məqsədilə tərəfdaşlarla birlikdə çalışıb.

Dayanıqlı inkişaf sahəsində yeni həllərin sürətlə tətbiq olunması üçün Carlsberg Group həmçinin Danimarkanın “Plastic Change” Ekoloji Təşkilatı ilə strateji tərəfdaşlıq və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) ilə Dayanıqlı inkişaf məsələləri ilə bağlı çoxdankı dialoqun davam etdirilməsi barədə elan edib.

Snap Pack işə salınmasını qeyd etmək üçün Carlsberg Group tamamilə Snap Pack texnologiyası ilə birləşdirilən bankalardan ibarət məşhur Su pərisi abidəsinin yeni unikal versiyasını təqdim edib.

Su pərisinin Snap Pack  multipaklarında istifadə olunan xüsusi yapışqanla birləşdirilən konstruksiyası Carlsberg Group-un nəfis dada malik olmaqla yanaşı, ətraf mühit üçün daha yaxşı olan pivənin hazırlanması üçün səylərini təcəssüm etdirir. 

Hündürlüyü 3 metr olan qurğu. Onun elementlərindən biri 137 kiloqram plastikdən uzanan dalğadır. Məhz bu miqdara Carlsberg Group  Snap Pack sayəsində bir saatda plastik miqdarını (ildə 1200 ton) azaldacaq.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]