Menyu

Carlsberg Group sabit inkişaf məqsədlərinə çatmaqda əhəmiyyətli irəliləyişə nail olub

Carlsberg Group 2017-ci il üzrə dayanıqlı inkişaf barədə hesabat dərc edib. Burada Qrupun “Birlikdə SIFIRA Doğru” proqramının həyata keçirilməsində əhəmiyyətli irəliləyişi qeyd olunur. Əsas nəticələr – 2015-ci illə müqayisədə karbon tullantılarının 16%, su istehlakının isə 6% azalması, həmçinin Çində doqquz zavodda kömürün enerji mənbəyi olaraq istifadəsindən imtina.

“Birlikdə SIFIRA Doğru” proqramına 2017-ci ilin iyun ayında start verilib və dayanıqlı inkişaf sahəsində iqlim dəyişmələri, su resurslarına çıxış imkanı və səhiyyə problemləri kimi qlobal çağırışların qarşısında hərəkətə çağırır. Bu proqrama dörd uzunmüddətli strateji məqsəd – Sıfır karbon izi, Sıfır su itkisi, Sıfır məsuliyyətsiz istehlak və Sıfır bədbəxt hadisə - daxildir. Onların hər biri üçün 2022-ci və 2030-cu ilədək ölçülə bilən göstəricilər müəyyən edilib.

“Birlikdə SIFIRA Doğru” proqramı elmi yanaşma tətbiq etməklə və dünya ekspertlərinin iştirakı ilə hazırlanıb. O BMT-nin dayanıqlı inkişaf üzrə qlobal məqsədləri və iqlim dəyişikliyi üzrə Paris razılaşmasının tövsiyələri (temperaturun 1,5 °C-dən çox olmasına yol verməməyə çalışmaq) əsasında tərtib olunub. Qrupun 2017-ci il üçün hesabatında şirkətin 2015-ci illə müqayisədə keçən il üzrə nail olduğu irəliləyiş barədə ətraflı məlumat təqdim olunub.  

Daha sabit sabaha doğru yolda irəliləyişi sürətləndirmək və yeni məqsədlər üzrə nəticələrə nail olmaq üçün Carlsberg Group bu yaxınlarda iqlim dəyişmələri və su çatışmazlığı ilə mübarizəyə yönəlmiş ən yeni həllərin hazırlanması üçün Gənc Alimlər Cəmiyyətinin yaradılması barədə elan edib. Cəmiyyət alimlər, universitetlər və Carlsberg Group-un Elmi-tədqiqat Laboratoriyası ilə birlikdə fəaliyyət göstərəcək.  

“Yeni dayanıqlı inkişaf proqramının buraxılması və indiki zamana qədər ən ambisiyalı məqsədlərimizlə əlaqədar olaraq 2017-ci il Carlsberg Group üçün vacib il oldu. Mən şəxsən iqlim dəyişmələri və su çatışmazlığı kimi çağırışların həlli üçün atdığımız addımlarla qürur duyuram. Biz bu proses zamanı səmərəliliyi artırır və təchizat zəncirimizin sabitliyini təmin edirik”, deyərək Carlsberg Group-un prezidenti və baş icraçı direktoru Kees’t Xart qeyd edib. "Biz şirkətin təsisçisinin daima cəmiyyətin həyatına töhfə vermək baxışına uyğun olaraq işləməyə davam edirik və mən əminəm ki, yeni təşəbbüslərimizdən biri olan Gənc Alimlər Cəmiyyəti gələcəkdə həm bizə, həm cəmiyyətə həqiqətən fayda gətirəcək.” 

SIFIR karbon izi

Carlsberg Group “SIFIR karbon izi” məqsədinə doğru gedən yolda artıq nəticələrə nail olub. 2017-ci ildə Qrup 2022-ci ilə kömürün yanacaq kimi istifadə olunmasının istisna olunması məqsədinə uyğun olaraq doqquz pivəbişirmə zavodunda kömürün istifadəsindən imtina edib. Məqsədə doğru atılan digər addım – Carlsberg Sverige pivəbişirmə zavodumuzun bərpa olunan enerji mənbələrinə tam keçməsi – bioqaz və “yaşıl” elektrik enerjisindən 100% istifadə. Beləliklə, Carlsberg Sverige Qrupun sıfır karbon tullantısı ilə ilk pivəbişirmə zavodu oldu.

Carlsberg Group 2015-ci illə müqayisədə karbon tullantılarını qlobal səviyyədə 16% azaldıb, Qrupun istehlak etdiyi elektrik enerjisinin 46%-i isə bərpa olunan mənbələrdən alınıb. Bundan başqa, Qrup bir sıra süzmə və soyuducu avadanlıq təchizatçıları ilə əməkdaşlıq, həmçinin dünyada iqlim üçün bəlkə də ən təhlükəsiz bar” fəallığı çərçivəsində istehlakçılarla qarşılılıqlı əlaqə sayəsində iqlimə aşağı təsirlə soyuducu avadanlığa keçidi sürətləndirib.

SIFIR su itkisi

Carlsberg Group həmçinin 2030-cu ilədək “Sıfır su itkisi” strateji məqsədi və onun məqsədli göstəricisi - pivəbişirmə zavodlarımızda su istehlakının ikiqat azaldılmasına nail olmaq üçün real tədbirlər görüb. Ümumi səylərlə Qrupun pivəbişirmə zavodları 2015-ci illə müqayisədə su istehlakını 6% azaldıb, bu isə sahədə sudan istifadə üzrə ən yaxşı göstəriciyə 3,1 hl/hl nail olmağa imkan verdi.

“Birlikdə SIFIRA Doğru” proqramı çərçivəsində Carlsberg Group pivəbişirmə zavodlarında su istehlakı göstəricilərinin yaxşılaşdırılmasını qarşısına məqsəd qoyub və eyni zamanda birgə istifadə üçün su mənbələrinin qorunması vasitəsilə öz zavodlarından kənarda müsbət effektə nail olmağa çalışır.

SIFIR məsuliyyətsiz istehlak

“Sıfır məsuliyyətsiz istehlak” məqsədinə nail olmaq yolunda Carlsberg Group istehlakçıları dərk edilmiş və məsuliyyətli seçim etməyə təşviq edir. Şirkətin səyləri istehlakçılara məhsullarımız, alkoqolsuz məhsullar və məsuliyyətli davranışın təbliği barədə daha ətraflı məlumatın təqdim olunmasına yönəlib.

2017-ci ildə Carlsberg Group-un məsuliyyətli istehlak üzrə təşəbbüsləri bütün dünyada 70 milyon istehlakçını əhatə etmişdir. Qrup məsuliyyətli istehlakın təbliği üzrə üzərinə götürdüyü öhdəlikləri təsdiq etmək və avtomobilin sərxoş vəziyyətdə idarə olunmasına yol verilmədiyini göstərmək üçün şirkətə məxsus yük maşınlarına “alko qıfılların” quraşdırılması prosesini genişləndirir.

SIFIR bədbəxt hadisə

Carlsberg Group 2030-cu ilədək bədbəxt hadisələrin sayının ildən ilə azaldılması üzrə göstərici vasitəsilə “Sıfır bədbəxt hadisə” mədəniyyətinin yaradılmasında irəliləyişi ölçür. 2017-ci ildə əməkdaşların məlumatlılığının artırılması və bütün Qrup üzrə təhlükəsizlik tədbirlərinin tətbiq olunması üçün tədbirlər görülmüşdür. Bədbəxt hadisə əmsalı şirkətin  bütün funksiyaları üzrə azalıb, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olan bədbəxt hadisələrin sayı isə 2016-cı illə müqayisədə 42% azalıb.

Qeyd etmək mühümdür ki, Carlsberg Group-un bir hissəsi olan Carlsberg Azerbaijan dayanıqlı inkişaf sahəsində bir sıra layihələri uğurla icra edib və hazırda istehsalatın effektivliyinin artırılması, təkrar su istifadəsi və digər sosial layihələr üzərində çalışmaqdadır.

Belə ki, 2016-ci il üzrə analoji göstəricilərlə müqayisədə 2017-ci il ərzində elektrik enerjisindən istifadə 11,9%, qaz istehlakı 17,8%, su istehlakı isə 20,4%  azaldılmışdır.

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]