Menyu

Carlsberg Group Davosda Gənc Alimlər Cəmiyyəti layihəsinə start verir

Carlsberg Group Davosda keçirilən Dünya İqtisadi Forumunda dünyada iqlim dəyişikliyi və su çatışmazlığı ilə bağlı baş verən bir sıra problemlərin həllinə yönələn Gənc Alimlər Cəmiyyəti layihəsinə start verildiyini elan etdi. Layihə ilə birgə “Çox güman ki, dünyanın ən yaxşı işi” başlığı altında namizədlərin seçiminə də start verildi.

 

Carlsberg Group ekspertlər, mütəxəssislər, universitetlər və Carlsberg Elmi-Tədqiqat Laboratoriyası kimi laboratoriyalar daxil olmaqla alimlər cəmiyyətində postdok[1] (PhD) pozisiyasında çalışmaq üçün elmlər namizədi dərəcəsi ilə parlaq gənc alimlərini axtarır. Cəmiyyət gənc alimlər üçün Carlsberg tarixi laboratoriyasının nailiyyətlərinin sayını artırmaq və elmi əsaslı və tərəfdaşlıq meyilli davamlılıq tədqiqatları üçün yeni sənaye standartlarını müəyyənləşdirən yeni layihələr hazırlamaq, daha yaxşı gələcək naminə həll yolları tapmaq üçün mükəmməl imkanlar təklif edir.

Carlsberg Gənc Alimlər Cəmiyyəti dünyanın ən mürəkkəb problemləri üçün innovativ həll yolları hazırlayacaq və SIFIR karbon izi və SIFIR su itkisi məsələlərinə xüsusi diqqət yetirərək, Carlsberg Group-un iddialı dayanıqlı inkişaf proqramı olan “Birlikdə SIFIRA Doğru” proqramını həyata keçirmək üçün yardımçı olacaq.

Group-un karbonla bağlı hədəfləri Paris Müqaviləsinin hədəfi olan 1,5 ° C-yə nail olmaq üçün zəruri olan tələblərə uyğun olması ilə tanınır və Şirkətin Davamlı İnkişaf Məqsədlərinə töhfə verməklə bağlı öhdəliyini vurğulayır.

 Carlsberg Group-un baş icraçı direktoru və prezidenti Kees’t Hart elanla bağlı rəy bildirərək qeyd edir: “Tərəfdaşlıq və elm dünyanın qlobal çağırışlarına cavab vermək üçün çox böyük əhəmiyyət kəsb edir. Biz Gənc Alimlər Cəmiyyəti ilə birgə bu problemləri həll etmək və uzunmüddətli davamlılıqla bağlı hədəflərimizə və ambisiyalarımıza nail olmaq üçün elm və innovasiya tariximizi yaradırıq. Pivə istehsalının ətraf mühitə təsirini azaltmaq üçün bütün imkanları nəzərdən keçiririk və gənc alimlər bu məsələnin həllində əsas rol oynayacaqlar. Gənc Alimlər Cəmiyyəti Carlsberg Group və dünyanın mənafeyi naminə su və karbonla bağlı 2030-cu il üzrə hədəflərimizə nail olmaq üçün yenilikçi həll yolları tapacaqlar”.

Carlsberg Gənc Alimlər Cəmiyyətinə pH, saflaşdırılmış maya və iqlim dəyişikliklərinə dözümlü arpa istehsalı kimi əsaslı innovasiyaların məkanı olmuş Carlsberg Elmi-Tədqiqat Laboratoriyası rəhbərlik edəcək. Cəmiyyət Carlsberg Group-un qlobal dəyər zəncirinə və ekspertizalarına, eləcə də yeni həll yolları ilə bağlı dəyərləndirmələr aparmaq üçün imkanlara çıxış əldə edəcək.

2030-cu ilədək dayanıqlı inkişafla bağlı gündəlikdəki hədəflərə nail olmaq üçün maarifləndirmə aparılması olduqca vacibdir. Beləliklə, Carlsberg Gənc Alimlər Cəmiyyətinin yaradılması “Çox güman ki, dünyanın ən yaxşı işi” adlı sosial şəbəkə fəaliyyəti ilə müşayiət olunur. Kampaniyaya layihə Davosda keçirilən Dünya İqtisadi Forumunun İllik Yığıncağında rəsmi şəkildə açıqlandıqdan sonra start verilmişdir.

 

Əlavə linklər

“Çox güman ki, dünyanın ən yaxşı işi”nə müraciət edin.

Yerləşdirilmiş Carlsberg videosunu izləyin: “Çox güman ki, dünyanın ən yaxşı işi”.

“Birlikdə SIFIRA Doğru” adlı davamlılıq proqramı 

 

 

 

 

[1] Elmi dərəcə almış gənc alimlər üçün müvəqqəti pozisiya

Dünyanın ən yaxşı işi. Çox güman ki.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]