Menyu

Carlsberg Group 2030-cu ilə qədər sənayedə lider olan dayanıqlı inkişaf strategiyası çərçivəsində öz pivə zavodlarında karbon tullantısının sıfır səviyyəsinə nail olmağı planlaşdırır

Carlsberg Group özünün yeni dayanıqlı inkişaf proqramı - Together Towards ZERO çərçivəsində 2030-cu ilə qədər özünün pivə zavodlarında karbon tullantısını istisna etmək və su sərfiyyatını iki dəfə azaltmaq öhdəliyini götürmüşdür.

Carlsberg Group 2030-cu ilə qədər sənayedə lider olan dayanıqlı inkişaf strategiyası çərçivəsində öz pivə zavodlarında karbon tullantısının sıfır səviyyəsinə nail olmağı planlaşdırır

Carlsberg Group özünün yeni dayanıqlı inkişaf proqramı - Together Towards ZERO çərçivəsində 2030-cu ilə qədər özünün pivə zavodlarında karbon tullantısını istisna etmək və su sərfiyyatını iki dəfə azaltmaq öhdəliyini götürmüşdür. Məqsədlərə nail olmaq üçün keçid mərhələsi ərzində 2022-ci ilə qədər pivə zavodlarında bərpa olunan mənbələrdən elektrik enerjisinin istifadəsinə tam keçidi nəzərdə tutur.

Together Towards ZERO – iqlimin dəyişməsi, su ehtiyatlarının çatışmazlığı və insan səhhətində problemlər kimi qlobal çağırışlar dövründə cəmiyyət və ətraf mühit üçün fayda yaradan məhsullara olan istehlakçıların artan tələbatına cavabdır. Proqram Carlsberg Group-un «SAİL’22» (“Yelkənlər 22”) strategiyasının bir hissəsidir və bura dörd strateji uzunmüddətli məqsəd daxildir: SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak SIFIR bədbəxt hadisə. Bunlardan hər birində ayrıca məqsəd göstəriciləri vardır (bax. Əlavə 1-də icmal).

Together Towards ZERO proqramı elmi yanaşma tətbiq etməklə aparıcı beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində işlənib hazırlanmışdır. O, BMT-nin Dayanıqlı inkişaf məqsədlərinə cavab verir və İqlimin dəyişməsi haqqında Paris razılaşmasında müəyyən edilmiş baza məqsəd səviyyəsinin hüdudlarından kənara çıxan karbon ayrılmasının azalmasına nail olmağa yönəlmişdir.

SIFIR karbon izi

  • Iqlimin dəyişməsi ən kəskin dünya problemlərindən biridir və İqlimin dəyişməsi haqqında Paris razılaşmasına əsasən biznes onun həlli üçün tədbirlər görməlidir. Carlsberg Group karbonun 1,5 °C (İqlimin dəyişməsi haqqında Paris razılaşmasında qeyd edilmiş və bütün ölkələrin cəhd etməli olduğu ən yuxarı qiymət) temperatur artmasının məhdulaşdırılmasına yardım etməyə imkan verəcək səviyyəyə qədər azaldılması üzrə elmi məlumatlara əsaslanmış məqsədləri müəyyən etmək üçün müstəqil qeyri-kommersiya ekspert təşkilatı olan Karbon fondu (Carbon Trust) ilə tərəfdaş qismində işləmişdir.
  • Carlsberg Group  2030-cu ilə qədər özünün pivə zavodlarında karbonun ayrılmasının SIFIR səviyyəsinə nail olmağı və 2022-ci ilə qədər öz pivə zavodlarını 100%-ə qədər bərpa olunan mənbələrdən elektrik enerjisinin istifadəsinə keçirməyi planlaşdırır. Carlsberg Circular Community cəmiyyəti vasitəsilə Qrup 2030-cu ilə qədər hazır məhsulun1 karbon ayrılmasını 30% azaltmaq üçün dəyərin artması zənciri boyunca tərəfdaşları cəlb edir.

SIFIR su itkisi

  • Hal-hazırda dünyada suyun qeyri-səmərəli sərf olunduğu yerlər həddindən artıq çoxdur və su çatışmazlığı ciddi problemə çevrilir. Ümumdünya vəhşi təbiət fondu ilə işləyərək, Carlsberg Group yüksək su çatışmazlığı riski olan regionlarda pivə zavodlarını müəyyən etmişdir və uzunmüddətli strateji məqsəd – SIFIR su itkisinə nail olmaq üçün məqsəd göstəricilərini işləyib hazırlamışdır.
  • Yeni məqsəd göstəriciləri: 20302 –cu ilə qədər pivə zavodlarında su sərfiyyatının iki dəfə azaldılması və seçilmiş pivə zavodları ətrafında yüksək risk rayonlarında su ehtiyatlarının idarə edilməsini yaxşılaşdırmaq üçün tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi.

SIFIR məsuliyyətsiz istehlak

  • Spirtli içkilərdən sui-istifadənin və məsuliyyətsiz davranışın, məsələn, sərxoş halda avtomobilin idarə edilməsi və spirtli içkinin həddi-buluğa çatmayanlar tərəfindən istehlakın qarşısı alınmalıdır. Çox vaxt sadalananların hamısı sosial və şəxsiyyət amillərinin mürəkkəb birləşməsinin nəticəsidir və Carlsberg Group, istehlakçılara sağlam və məsuliyyətli seçim etməyə yardım edəcək tədbirləri müəyyən etmək üçün səhiyyə və davranış psixologiyası sahəsində beynəlxalq elmi ekspertlərlə işləyir.
  • Yeni məqsəd göstəriciləri: istehlakçılar üçün seçimi genişləndirmək məqsədilə 2022-ci ilə qədər spirtsiz pivənin 100% yayılmasının təmin edilməsi, şəbəkədə, eləcə də qablaşdırmada məsuliyyətli istehlak haqqında xəbərdaredici məlumatların qida dəyəri haqqında məlumatın olması, və məsuliyyətli istehlakın rəğbətləndirilməsi üçün tərəfdaşlığın inkişaf etdirilməsi.

SIFIR bədbəxt hadisə

  • Iş yerində bədbəxt hadisələr yolverilməzdir. Əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi hər zaman birinci yerdədir. Carlsberg Group istehsalat, satış və inzibati funksiya daxil olmaqla bütün təşkilat üzrə bədbəxt hadisələrin SIFIRA endiriləcəyi mədəniyyətin yaradılması və travmatikliyin qarşısının alınması üzrə iş aparır.
  • Yeni məqsəd göstəriciləri: SIFIR bədbəxt hadisə uzunmüddətli strateji məqsədə nail olmaq üçün hər il bədbəxt hadisələrin azaldılması.

Uzunmüddətli strateji məqsədlər və hərəkətlər Carlsberg Group-un “Pivəni daha yaxşı bu gün və sabah üçün hazırlayırıq” mövcudluq mahiyyəti ilə diktə edilir. Özünün cəsarətli məqsəd göstəricilərinə nail olmaq üçün Qrup aparıcı dünya ekspertləri ilə birlikdə işləməyə davam edəcək. Sarsılmaz elmi bünövrəyə əsaslanaraq Qrup, özünə yol açan ixtiralar, məsələn, pH şkalası, mayaların təmiz bitkiləri və iqlim şərtlərinə davamlı dənli bitkilər üçün ev olan Carlsberg Group-un Tədqiqat mərkəzinin rəhbərliyi altında gənc alimlər cəmiyyətini yaradacaq. Carlsberg Group-un Gənc alimlər cəmiyyəti Qrup və cəmiyyət üçün üstünlüklər yaratmaq üçün sabit inkişaf prinsiplərinə əsaslanan karbon ayrılması, su və pivə hazırlanması sahəsində elmi tədqiqatların gələcək inkişafına yardım göstərəcək.

Kees ’t Hart (Cees 't Hart), Carlsberg Group-un prezidenti və baş icraçı direktoru:

«İqlim dəyişikliyi və su çatışmazlığı kimi qlobal çətinliklər birgə hərəkətlər tələb edir. Together Towards ZERO proqramına başlamaqla biz «Sail’22» (“YELKƏNLƏR 22”) strategiyamız çərçivəsində sabit inkişaf sahəsində elmi tədqiqatlara və tərəfdaşlığa əsaslanan yeni sahə standartlarını müəyyən edirik.

Biz pivə zavodlarımızda 2030-cu ilə qədər karbon ayrılmasını sıfıra endirmək və suyun istifadəsini iki dəfə azaltmaq öhdəliyini götürürük. Bizim üçün ilk addım 2022-ci ilə qədər  bərpa olunan mənbələrdən elektrik enerjisinin istifadəsinə keçid və su çatışmazlığı olan seçilmiş regionlarda ümumi su ehtiyatlarının qorunması üçün tərəfdaşlarla əməkdaşlıq olacaq. Mən əminəm ki, məqsəd göstəricilərimizə nail olmağa can ataraq biz səmərəliliyin yaxşılaşdırılmasına nail olacaq, riskləri azaldacaq və yerli cəmiyyətlərlə və ətraf mühitlə harmoniyada mövcud olacaq biznesin sabitliyini təmin edəcəyik.

Bizim dəqiq məqsəd göstəricilərimiz və uzunmüddətli strateji məqsədlərimiz şirkətin təsisçisinin düşüncə tərzini əks etdirir – hər zaman kamilliyə can atmaq və elm vasitəsilə cəmiyyətin inkişafına töhfə vermək. Dünyanın liderliyə ehtiyacı var, buna görə biz BMT-nin sabit inkişaf sahəsində Məqsədlərə dəstək olaraq gələcək dünyanın yaxışlaşdırılmasını birinci məqsədə çevirdik».

Tom Diley (Tom Delay), Karbon fondunun icraçı direktoru (Carbon Trust):

«Yaxşılaşmalara sadəcə nail olmaq kifayət deyil. Carlsberg Group-un uzunmüddətli strateji məqsədləri elmin qlobal istiləşmə səviyyəsinin 2 °C-dən aşağı məhdudlaşdırılması üçün zəruri hesab etdiyi karbon ayrılmalarının azaldılması hüdudlarından kənara çıxır.  Carlsberg  Group, sabit gələcəyin təmin olunması üçün iddialı uzunmüddətli biznes strategiyasını hazırlayaraq dünyanın bu gün üzləşdiyi ən kəskin ekoloji problemlər sırası üzrə lider mövqeyini tutmuşdur».

Yoxem Verbern (Jochem Verberne), Ümumdünya vəhşi təbiət fondunun (WWF) beynəlxalq əməkdaşlıq üzrə direktoru:

«Ümumdünya vəhşi təbiət fondu və Carlsberg Group birlikdə əməliyyat fəaliyyətində su risklərini və şirkətin su ehtiyatları üzrə mövcud strategiyasını təhlil etmişdirlər. Biz şadıq ki, nəticədə Carlsberg Group digər şirkətlərin riayət edə biləcəyi istiqamət müəyyən etdi. Qrup anlayır ki, uzunmüddətli perspektivdə insanlar, planet və biznes üçün su ehtiyatlarından istifadə imkanlarını təmin etmək üçün su ehtiyatlarından məsuliyyətli idarəetmə üçün pivə zavodlarının səviyyəsində texnoloji irəliləyiş, eləcə də yüksək riskli suaşıran hovuzlarda maraqlı olan digər tərəflərlə əməkdaşlıq tələb olunur».

Carlsberg Group-un bir hissəsi olaraq Carlsberg Azerbaijan, həmçinin Azərbaycan bazarında bu qlobal strategiyanı tətbiq edəcək. Qeyd etmək lazımdır ki, sosial cəhətdən məsuliyyətli şirkət olaraq, Carlsberg Azerbaijan dayanıqlı inkişaf sahəsində həm daxili, həm də xarici sosial proqramları dəstəkləyir. Belə ki, son illər ərzində şirkətdə ehtiyatlara qənaət üzrə proqramlar həyata keçirilir. Bundan əlavə, şirkət Abşeron rayonunun inkişafına yönəlmiş layihələri dəstəkləyir və müxtəlif ictimai təşkilatlara xeyriyyə yardımı göstərir. Belə ki, məsələn, 2014-cü ildə Şirkətin maliyyə dəstəyi ilə və Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq daxilində Milli parkda hətta məhdud imkanları olan insanların istifadə edə biləcəkləri idman meydançası tikilmişdir. Bundan başqa, 2015-ci ildə şirkət tərəfindən Şamaxı şossesində tikinti-təmir işlərinin aparılmasında yerli bələdiyyə orqanına dəstək göstərilmişdir. 2016-cı ildə Carlsberg Azerbaijan Bakı şəhərinin Yol polisi departamenti ilə əməkdaşlıq daxilində hər il bütün dünyada pivə şirkətlərinin qeyd etdiyi Ümumdünya Məsuliyyətli pivə istehlakı günü ilə bağlı ayıq sürücülüyə həsr edilmiş aksiya təşkil etmişdir. Bundan başqa şirkət texniki məqsədlə istifadə olunan suyun təkrar istifadəsi və əməkdaşların iş yerlərində təhlükəsizliyin gücləndirilməsi sahəsində proqramlar həyata keçirir. 

 


1 2015-ci ilin müqayisə bazası. Hazır məhsuldan karbon ayrılması məhsulun bütün həyat dövrü ərzində karbon izinə aid olur, bu zaman Carlsberg Group-un əməliyyat fəaliyyəti xaricində dəyərin artması zəncirinin təsiri nəzərə alınır. Məsələn, kənd təsərrüfatı istehsalı, nəqliyyat maddi-texniki təminatı və pərakəndə ticarətdə soyutma sistemləri.

2 2015-ci ildən.
3 Məsləhətçi ekspert qrupunun giriş məlumatları əsasən, hər bir bazar aşağıdakı istiqamətlər üzrə (sərxoş halda avtomobilin idarə olunmasının qarşısının alınması, spirtli içkinin həddi buluğa çatmayanlar tərəfindən istehlakı, hamiləlik zamanı spirtli içkinin istehlakı) məsuliyyətli istehlak sahəsində ən vacib məqsəd göstəricisini özü müəyyən edəcək və bunun əsasında birinciliyə malik hərəkətləri müəyyən edəcək. 

 

Əlavə 1. Together Towards ZERO proqramının uzunmüddətli strateji məqsədlərinin və məqsəd göstəricilərinin icmalı:

 

Uzunmüddətli strateji məqsədlər

Məqsədli göstəricilər

 

2022                                              2030





 SIFIR

 KARBON İZİ

· Pivəbişirən zavodlarımızda 0% karbon qazı tullantısı

· Hazır məhsulun karbon izinin 30% azalması 1

 

 

 

· Pivəbişirən zavodlarımızda karbon qazı tullantılarının 50% azalması

· Pivəbişirən zavodlarımızda elektrik enerjisinin bərpa olunan mənbələrdən 100% istifadəsi  

· Pivəbişirən zavodlarımızda kömürün istifadəsini istisna etmək

· Hazır məhsulun karbon izinin 15% azalması 1

· Ətraf mühitə aşağı təsirlə 100% soyutma

· Ümumi karbon izini azaltmaq üçün 30 təchizatçı ilə tərəfdaşlıq

 



 SIFIR SU İTKİSİ

· Pivəbişirən zavodlarımızda suyun istifadəsinin 50% azalması

· Su çatışmazlığı riskinin yüksək səviyyədə olduğu rayonlarda ümumi su resurslarını qorumaq üçün əməkdaşlığı inkişaf etdirmək

 

· Pivəbişirən zavodlarımızda suyun istifadəsinin 25% azalması

· Su ehtiyatlarının çatışmazlığı riskinin yüksək səviyyəsdə olduğu bütün pivəbişirən zavodlarda suyun xüsusi istifadəsinin 2 ql/ql-ya qədər azaldılması imkanlarının öyrənilməsi

· Su çatışmazlığı riskinin yüksək səviyyədə olduğu rayonlarda ümumi su resurslarını qorumaq üçün əməkdaşlığı inkişaf etdirmək

 

 

 

 

 

SIFIR MƏSULİYYƏTSİZ İSTEHLAK

 

· Bazarlarımızın 100%-i məsuliyyətli istehlak sahəsində ildən-ilə yaxşılaşmalara nail olur

 

· Alkoqolsuz pivəni 100% əldəetmə imkanı

· Qablaşdırmada və brendlərin aktivləşdirilməsi çərçivəsində məsuliyyətli istehlak haqqında xəbərdarlıq mesajlarının 100% olması

· Bazarlarımızın 100%-i məsuliyyətli istehlakı dəstəkləmək üçün tərəfdaşlarla əməkdaşlıq edir

SIFIR BƏDBƏXT HADİSƏ

 

· Sıfır bədbəxt hadisə

· Bədbəxt hadisələrin əmsalının ildən-ilə azaldılması


 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]