Menyu

Carlsberg Azerbaijan biznesi 2017-ci ildə yenidən artıma qayıtdı

2017-ci ildə Carlsberg Azerbaijan şirkəti satış həcminin aşağı düşməsi prosesini dayandırmağa və yenidən artıma nail olmağa, həmçinin uzunmüddətli perspektivdə şirkətin dayanıqlı inkişafı üçün müsbət rol oynayacaq bir sıra layihələrin realizasıyasına start verməyə nail oldu. Carlsberg Azerbaijan şirkəti Azərbaycanın pivə bazarında lider mövqelərini qoruyub saxlayır.

Pivə bazarının və nəticədə 2015-ci ildə makroiqtisadi səbəblərə, daha dəqiq desək, yerli valyutanın devalvasiyası və istehlakın azalmasına görə başlayan Carlsberg Azerbaijan şirkətinin satış həcminin düşməsi prosesini 2017-ci ildə dayandırmaq mümkün oldu. Bu şirkətə ikiillik eniş dövründən sonra mənfəətliliyi qaytarmağa və biznesi bərpa etməyə imkan verdi.

2017-ci ildə şirkətdə mal yüklənmələrinin həcmi keçən illə müqayisədə 9% artdı, bu isə həm ölkədəki iqtisadi vəziyyətin normallaşması, həm şirkət rəhbərliyinin biznesin optimallaşdırılması və effektivliyinin artırılması üçün atdığı vacib addımlarla əlaqəlidir. Süzmə pivə kanalında (on-trade) artımın ümumi nəticəyə əhəmiyyətli  dərəcədə təsiri olmuşdur, sözügedən kanalda yüklənmələrin həcminin artımı keçən illə müqayisədə təqribən 25% təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, il şirkət üçünbrend portfelinin genişləndirilməsi baxımından əlamətdar olmuşdur. Ölkədə ən iri pivə istehsalçısı və dünyada pivə istehsalı üzrə liderlərindən birinin bir hissəsi olaraq, Carlsberg Azerbaijan Azərbaycanın pivə və içki bazarına yeni çeşid və dadları gətirməyə çalışır. Yerli istehlakçının tərcihlərinin tədqiqatını apararaq, şirkət Carlsberg Group-un onlarla bazarında uğur əldə etmiş optimal alkoqollu və alkoqolsuz brendləri seçmişdir: keçən il ərzində azərbaycanlılara Carlsberg, Kronenbourg Blanc 1664, Holsten, Seth and Riley's Garage Hard Lemon kimi brendlər müxtəlif qablaşdırma formatlarında təklif olunmuşdur, ilin sonunda isə şirkət enerji içkiləri bazarında Flash Up brendi ilə daxil olmuş, hansı ki, bu brend Şərqi Avropanın bir neçə ölkəsində qəti mövqelər tutmuşdur.

Carlsberg Azerbaijan ənənəvi olaraq yerli səviyyədə sabit inkişaf sahəsində layihələrə böyük diqqət yetirir, həmçinin qlobal təşəbbüslərdə iştirak edir.

2017-ci ildə Carlsberg Azerbaijan Carlsberg Group-un qlobal layihəsi çərçivəsində Young Global Pioneers tərəfindən başladılan beynəlxalq təhsil proqramında iştirak üçün namizəd seçimini təşkil etmişdir. Bu proqram Carlsberg Fondunun dəstəyi ilə keçirilir.  YGP Talent Network – 19-dan 25 yaşa qədər gələcək liderlər üçün beynəlmiləl təhsil proqramıdır. Proqram gənclər arasında böyük uğur əldə etmiş və ölkənin müxtəlif ali təhsil müəssisələrindən onlarla namizəd seçim prosesinə qoşulmuşdur.

 

Həmçinin keçən il şirkət ayıq sürücülük məsələsinə yönələrək Məsuliyyətli İstehlak sahəsində layihə təşkil etmişdir. Layihə 2015-ci ildən etibarən dünyanın ən iri pivəbişirmə şirkətləri tərəfindən qeyd olunan Ümumdünya Məsuliyyətli Pivə İstehlakı Günü çərçivəsində həyata keçirilmişdir. UBER texnoloji platforması ilə birlikdə Carlsberg Azerbaijan Bakının bar və restoranlarında Xırdalan pivəsi sifariş verən 500 istehlakçıya pulsuz gediş imkanı vermişdir.

2017-ci ildə Carlsberg Group qlobal səviyyədə dayanıqlı inkişaf sahəsində “Birlikdə SIFIRA Doğru” (Together Towards ZERO) yeni geniş miqyaslı proqramını həyata keçirməyə başladı. Bu proqram iqlim dəyişmələri, su resurslarının çatışmazlığı və insanın sağlamlığı ilə bağlı problemlər kimi qlobal çağırışlara cavabdır. Proqrama Carlsberg Group-un bütün müəssisələri qarşısında duran dörd strateji məqsəd və müvafiq məqsədli göstəricilər daxildir: strateji uzunmüddətli məqsədlər – SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə. Carlsberg Azerbaijan suyun təkrar istifadəsi, enerjiyə qənaət, iş yerlərində bədbəxt hadisələr və məsuliyyətsiz istehlakla bağlı risklərin istisna olunması üçün layihələr tətbiq edərək dayanıqlı inkişaf proqramının prioritetlərinə uyğun olaraq fəaliyyət göstərir. Belə ki, 2016-ci il üzrə analoji göstəricilərlə müqayisədə 2017-ci il ərzində elektrik enerjisindən istifadə 11,9%, qaz istehlakı 17,8%, su istehlakı isə 20,4%  azaldılmışdır.

Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Vyaçeslav Maltsev: “Keçən il ərzində nəhayət pivə istehsalı sahəsində və beləliklə nəticələrimizdə müşahidə olunan mənfi dinamikanı dayandırmağı bacardıq, və mən sənayedə yenidən artımın başladığını qeyd etməyə şadam. Şirkətin səyləri ilə yanaşı, dövlət hakimiyyəti orqanları ilə dialoqun möhkəmlənməsi də biznesin normallaşmasına vacib töhfə verib, bu bizim üçün çox vacib olan məsələlər üzrə pivəbişirmə sahəsinin mövqeyini çatdırmağa və nəticədə sahənin və ümumilikdə iqtisadiyyatın inkişafına səbəb olan ardıcıl və gözlənilən qanunvericiliklə tənzimlənməyə imkan yaradır. Xarici investor kimi bizim üçün bu cür yanaşmanın saxlanması həlledicidir. Daimi dialoqun inkişafı və dövlət tərəfindən dəstək müəyyən ölkədə biznesin sabitliyi və perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Şərqi Avropa regionunda Carlsberg Group-un nəticələri

Belarus, Qazaxıstan və Azərbaycanda Carlsberg biznesində mənfəətin artması müşahidə olunmuşdur. Carlsberg Group şirkətlərinin Şərqi Avropa regionunda 2017-ci il ərzində ümumi iş nəticələrinə gəldikdə isə xalis qazancın 1%-ə təbii  azalması məhsulun bir litrinə qazancın 8%-ə artması ilə qismən tarazlanan həcmin 8%-ə azalmasının nəticəsidir. Rusiya rublunun möhkəmlənməsi ilə əlaqədar olaraq hesabatlılıqda xalis qazanc 7%-ə artmışdır.

Orqanik əməliyyat mənfəəti 12,2%-ə artmışdır, bu isə məhsulun bir litrinə müsbət qazanc dinamikası və “Səfərin maliyyələşdirilməsi” proqramının uğurlu şəkildə yerinə yetirilməsi ilə əlaqəlidir. Valyuta məzənnəsinin müsbət təsiri nəticəsində hesabatlılıqda əməliyyat mənfəəti 21,2%-ə artmışdır. Əməliyyat mənfəətliliyi göstəricisi əhəmiyyətli dərəcədə yaxşılaşmış və 240 b.m. 20,4%-ə qədər artmışdır.

İkinci yarımillikdə məhsulun bir litrinə görə daha aşağı qazanc dinamikası və üçüncü rübdə hava şəraiti ilə əlaqədar olaraq yüksək müqayisə bazasının təsiri altında əməliyyat mənfəəti təbii şəkildə 9,2%-ə artmışdır.

 ***

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə10 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN, şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə 48 mln AZN-dən çox təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, КУЛЕР, Efsane, Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon kimi məşhur brendlər var.

Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çox təşkil edir.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]