Menyu

“Baltika-Bakı’’ şirkətinin adı Carlsberg Azerbaijan-a dəyişdirilib

14 fevral 2017-ci ildən “Baltika-Bakı’’ MMC “Carlsberg Azerbaijan’’ MMC-ə dəyişdirilib.

“Baltika-Bakı’’ şirkətinin adı Carlsberg Azerbaijan-adəyişdirilib

2017-ci il 14 fevraldan “Baltika-Bakı’’ MMC “Carlsberg Azerbaijan’’ MMC-ə dəyişdirilib. Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun bir hissəsi olduğu Carlsberg Group şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb.

Şirkətin təşkilati-hüquqi forması və rekvizitləri şirkətin adı istisna olmaqla dəyişmir. Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəliklərini yerinə yetirməyə davam edəcək. “Baltika-Bakı” MMC şirkətinin bütün hüquq və vəzifələri hüquqi varisə “Carlsberg Azerbaijan’’ MMC-yə keçəcək.

Zavod Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavod 2008-ci ildən Carlsberg Group-a daxildir, və 2009-cu ilin may ayında zavod yenidənqurma işlərindən sonra açıldı. Ölkənin pivəçəkmə sahəsində lider olan bu şirkətin payına bazarın təxmini 75%-i düşür. Şirkət Azərbaycan Respublikasının qeyri-xammal sahəsinin ən iri şirkətlərindən biri və yüzlərlə vətəndaşın iş yeridir.  

İllik vergi ayırmalarının həcmi 15-20 mln AZN təşkil edən bu şirkət 2015-ci ildən tam şəffaf biznes fəaliyyəti göstərdiyinə görə AR Vergilər Nazirliyinin “vergi tərəfdaşı’’ statusunu alıb. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir. Şirkət təxmini 190 nəfəri işçini və 400 vasitəçini iş yeri ilə təmin edib (distribütorlar, agentliklər, podratçılar). Zavodun inkişafına qoyulan investisiyaların ümumi məbləği 47 mln. AZN təşkil edir. Şirkət Xırdalan, Tuborg, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, Xırdalan Export, Kuler, Əfsanə, “Jiqulevskoye firmennoye” kimi məşhur brendlərin pivəsini istehsal edir.