Menyu

“Xırdalan iç – Xırdalanda ev qazan” promo kampaniyasının ikinci qalibi yeni mənzilin açarlarını əldə etdi

Avqustun 24-ü Carlsberg Azerbaijan şirkətinin təşkil etdiyi “Xırdalan iç – Xırdalanda ev qazan” promo kampaniyası çərçivəsində ikinci mükafatlandırma mərasimi keçirilmişdir.

Carlsberg Azerbaijan şirkətinin Marketinq üzrə direktoru Yana Slivka mənzilin açarlarını yeni sahibi Çingiz Həmidova təqdim etdi. Xatırladaq ki, pivə sevənlərin Xırdalan pivəsinin qapağı altında olan kodu qeydiyyatdan keçirməklə üçüncü mənzilin sahibi olmaq şansı var.

Yana Slivka, Carlsberg Azerbaijan-ın marketin üzrə direktoru: «Biz çox şadıq ki, ikinci mənzilin də qalibi artıq müəyyən edildi. Hal-hazırda mənzil artıq yeni sahibinin adına sənədləşdirilmişdir, və Çingizin artıq yeni mənzilinə baş çəkmək imkanı olub. Xatırladıram ki, istehlakçılarımızın hələ də üçüncü mənzili qazanmaq şansı var». 

Mükafatlandırma mərasimindən sonra Çingiz Həmidov zavod üzrə ekskursiyaya çıxaraq sevimli pivənin istehsal prosesini öz gözləri ilə gördü.

Aprelin 1-i başlayan “Xırdalan iç – Xırdalanda ev qazan” promo kampaniyası çərçivəsində Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində 3 təmirli mənzil oynanılır. Uduşda iştirak etmək üçün yetkinlik yaşına çatmış istehlakçılar Xırdalan pivəsini almalı, qapağın altında olan kodu tapmalı və onu www.xirdalanpromo.az promo saytında qeydiyyatdan keçirməlidir.

Üçüncü, yəni sonuncu mənzilin uduşu 2018-ci il sentyabrın 1-də baş tutacaq.

Aksiyada Lotereya nişanı ilə (“Xırdalan iç – Xırdalanda ev qazan!”) aşağıdakı qablaşdırma formatlarında məhsullar iştirak edir: “Xırdalan” şüşə butulka 0,5 l, “Xırdalan” dəmir banka 0,45 l, “Xırdalan” PET 2,0 l, “Xırdalan” PET 1,5 l, “Xırdalan” şüşə butulka 0,44 l, “Xırdalan Export” şüşə butulka 0,44 l.

Aksiyanın şərtləri barədə ətraflı məlumatı məhsulun etiketində və www.xirdalanpromo.az saytında, həmçinin qaynar xətt nömrəsi (012) 404 31 33 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Carlsberg Azerbaijan pivə zavodu Azərbaycan paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). Carlsberg Azerbaijan-ın büdcədə illik ayırmaları təxminən 15 milyon manat təşkil edir, şirkət Vergilər Nazirliyinin vergi tərəfdaş statusuna malikdir. Zavodun inkişafında investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, Балтика КУЛЕР, Efsane, Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon, Somersby, Karmi Sensual kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagendə yerləşir.  Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Groupun fabrikləri var və onun məhsulları 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markaları daxildir. Group işçilərin ümumi sayı 42,000-dən çoxdur.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az