Menyu

ÜİF meydançasında Carlsberg Group-un prezidenti ÜİF meydançasında Carlsberg Group-un prezidenti iqlim dəyişmələri ilə mübarizədə lider şirkətlərin Rəhbərlər Alyansına qoşuldu

Carlsberg Group-un Baş Direktoru Kees ’t Hart iqlim dəyişmələri ilə mübarizədə lider şirkətlərin Rəhbərlər Alyansına qoşuldu.

Kees‘t Hart iqlim dəyişmələri ilə mübarizədə lider şirkətlərin Rəhbərlər Alyansının yeni üzvü oldu. Alyansın tərkibində biznesin gündəmdə olan qlobal məsələ - parnik qazlarının azaldılmasında fəal şəkildə iştirak etməli və iqlim dəyişmələrinə dayanıqlı olan azkarbonlu iqtisadiyyata keçid üçün kömək etməli olduğundan əmin olan və ümumi gəliri 2,13 trillion USD təşkil edən qurumların 79 nümayəndəsi daxildir.

Kees‘t Hart qeyd edir: “Mənim üçün BMT-nin sabit inkişaf sahəsində məqsədlərinə uyğun olan Paris razılaşmasının müddəalarını yerinə yetirməyə təkidlə çağıran biznes liderləri, həmfikirlər qrupuna qoşulmaq böyük şərəfdir. Hamımız bilirik ki, iqlim dəyişmələri probleminin həllində əsas rolu liderlik və görülən tədbirlərin miqyasının artırılması üçün tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi oynayır. Ümumdünya İqtisadi Forumunun dəstəyi ilə fəaliyyət göstərən koalisiya ən yaxşılardan biridir”.

2017-ci ilin iyun ayında Carlsberg Group “BİRLİKDƏ SIFIRA DOĞRU” ambisiyalı sabit inkişaf proqramını həyata keçirməyə başladı. Bu proqram iqlim dəyişmələri, su ehtiyatlarının çatışmazlığı, səhiyyə problemləri kimi qlobal çağırışların olduğu şəraitdə istehlakçıların təbiət və cəmiyyətə qayğı ilə hazırlanan məhsullara artan tələbatlarına cavab oldu. Proqram Carlsberg Group-un “YELKƏN’22” biznes strategiyasının bir hissəsidir və ona şirkətin uzunmüddətli perspektivdə nail olmağa çalışdığı strateji məqsədlər daxildir: SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və SIFIR bədbəxt hadisə. Məqsədlərdən hər biri üzrə onlara nail olmaqda irəliləyişin izlənilməsi üçün ölçülə bilən göstəricilər müəyyən edilib.

Bu həftə Carlsberg Group həmçinin alimləri, ekspertləri, universitetləri və Carlsberg-in Elmi-tədqiqat Laboratoriyası kimi laboratoriyaları birləşdirən Elmi Cəmiyyətdə iş üçün istedadlı gənc alimlərin axtarışı barədə elan verdi. Onların qarşısında bəzi kəskin qlobal problemlərin həlli üçün innovasiya ideyaları hazırlamaq və şirkətə BİRLİKDƏ SIFIRA DOĞRU sabit inkişaf proqramının məqsədlərinə nail olmaqda kömək etmək vəzifəsi qoyulacaq. Cəmiyyət Carlsberg tarixi laboratoriyasının nailiyyətlərini artırmağa və elmi yanaşma, tərəfdaşlığa əsaslanan və daha yaxşı sabah üçün qərarların işlənib hazırlanmasına yönələn sabit inkişaf sahəsində tədqiqatların yeni sahə standartlarını müəyyən edəcək cəlbedici layihələri həyata keçirməyə davam edir.

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az