Menyu

Portrait Now! 2019: hər kəs üçün incəsənət

Oktyabr ayında Şərqi Avropa ölkələrində Portrait Now! 2019 portret incəsənəti beynəlxalq müsabiqəsinin seçim turunun iştirakçılarının qeydiyyatı başlayıb. Azərbaycanda seçim turunu Carlsberg Group-un bir hissəsi olan Carlsberg Azerbaijan şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə tərəfdaşlıq formatında həyata keçirəcək.

Portrait Now! 2019 – Carlsberg Fondunun Frederiksborq qəsrində Milli Tarix Muzeyində (Danimarka) keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına 7-ci beynəlxalq müsabiqədir. Bu portret mükafatı ilk dəfə 2007-ci ildə ümumilikdə incəsənətə və janr olaraq portretə marağın cəlb olunması üçün təqdim olunub. Mükafatın fəlsəfəsi: insan obrazının canlandırılması vasitəsilə müəllif onun daxili dünyasını əks etdirir.

Portrait Now! 2019 müsabiqəsi bir neçə mərhələdə keçirilir. Şərqi Avropa ölkələrindən iştirakçılar 31 dekabr 2018-ci il tarixinədək əsərlərini www.portraitnow2019.com. müsabiqənin regional seçim turu saytında qeydiyyatdan keçirməlidir.

Portrait Now! 2019 müsabiqəsinin Şərqi Avropada seçim mərhələsində Ukrayna, Rusiya, Qazaxıstan, Azərbaycan və regionun digər ölkələrindən müəlliflər iştirak edə bilər. Qeydiyyat başa çatdıqdan sonra bütün əsərlər 8 yüksək ixtisaslı ekspertdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Mütəxəssislər Portrait Now! 2019 müsabiqəsinin seçim mərhələsinin iştirakçılarının Lvovda “Lvivarnya” Muzey-Mədəniyyət Pivə Tarixi kompleksində sərgidə təqdim olunacaq 30 əsərini seçəcək. Bu əsərlər arasında münsiflər heyəti müsabiqənin yekun mərhələsində iştirak edəcək və Danimarkada Frederiksborq qəsrində dünyanın digər regionlarından müsabiqənin seçim mərhələsinin qaliblərinin əsərləri ilə birlikdə sərgidə iştirak edəcək.

Carlsberg Fondu (Danimarka) müsabiqənin yekun mərhələsini keçirəcək və qalibləri seçəcək. Qalibləri Fonddan 10 000-dən 85 000 Danimarka kronunadək məbləğdə 3 əsas və 3 əlavə pul mükafatı kateqoriyası gözləyir. Mükafatlar barədə ətraflı məlumatı https://portraitnow.org/ saytında əldə edə bilərsiniz.

Portrait Now! 2019 müsabiqəsinin beynəlxalq münsiflər heyəti dünyanın 7 ölkəsindən aparıcı ekspertlərdən ibarətdir: Şotlandiya Milli Portret Qalereyasının direktoru Kristofer Beyker (Edinburq, Şotlandiya), Şahzadə Qonqun Sarayı yanında Muzeyin (Pekin, Çin) direktoru Sun Xuquan, Times Modern İncəsənət Muzeyinin direktoru Van Yi (Pekin, Çin), Faberje Muzeyinin direktorunun birinci müavini Mixail Ovçinnikov (Sankt-Peterburq, Rusiya), Reykyavik İncəsənət Muzeyinin direktoru Olof Kristin Siqurdardottir (İslandiya), tənqidçi-sənətşünas Henrik Vivel (Danimarka), Milli Portret Qalereyasının kuratoru Lyusi Dalsen (London), Frederiksborq qəsrində Milli Tarix Muzeyinin direktoru Mette Skouqard (Danimarka).

İstedadlı azərbaycanlı rəssamların dəstəklənməsi üçün Carlsberg Azerbaijan şirkəti müsabiqə çərçivəsində şəxsi From Waste to Art eko-nominasiyasını təsis etmək qərarına gəlib.

Nominasiyada azərbaycanlı rəssamların ekoloji məsuliyyət və insanın ətraf mühitə mənfi təsirinin azaldılması mövzusunda işləri iştirak edə bilər. Bu mövzular süjetdə və ya əsərin hazırlandığı materiallarda (utilizasiya olunacaq materialların təkrar istifadəsi, ekomateriallardan istifadə və s.) əks etdirilə bilər.

Eko-nominasiya üzrə münsiflər heyəti incəsənət sahəsində tanınmış azərbaycanlı ekspertlərdən ibarət olacaq. Nominasiya qalibi üçün mükafat əsərinin “Lvivarnya”da sərgidə təqdim olunması və sərgi açılışına Lvov şəhərinə səfər olacaq.

 “Portret – bu gün müxtəlif və bəzən tamamilə gözlənilməz rəssamlıq texnikalarının istifadə olunduğu xüsusi janrdır. Naqqaşlıq və şəkillərdən başqa portretlər heykəltəraşlıq, video sənəti, veb sənəti, instalyasiyada da təqdim oluna bilər. Müəllifin istifadə etdiyi üsullar vacib deyil, əsas odur ki iş şəxsiyyətin xasiyyətini əks etdirsin. Portrait Now! 2019  müsabiqəsi çərçivəsində istedadlı azərbaycanlı rəssamları dəstəkləyəcəyimiz üçün şadam. Təbii ki, onlardan birinin müsabiqədə qalib olmasını çox istəyərdim” – deyə Carlsberg Azerbaijan-ın Qazaxıstan və Azərbaycanda dövlət hakimiyyəti orqanları ilə iş və korporativ münasibətlər üzrə Böyük meneceri Nadejda Ovsyannikova qeyd edib.

 

***

Carlsberg Azerbaijan pivə zavodu Azərbaycan paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). Carlsberg Azerbaijan-ın büdcədə illik ayırmaları təxminən 15 milyon manat təşkil edir, şirkət Vergilər Nazirliyinin vergi tərəfdaş statusuna malikdir. Zavodun inkişafında investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, Балтика КУЛЕР, Efsane, Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon, Somersby, Karmi Sensual kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagendə yerləşir.  Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Groupun fabrikləri var və onun məhsulları 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markaları daxildir. Group işçilərin ümumi sayı 42,000-dən çoxdur.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az