Menyu

İstifadə müddəti bitmiş məhsullar haqqında məlumat

Dekabr ayında Carlsberg Azerbaijan tərəfindən bir sıra ticarət nöqtələrində istifadə müddəti bitmiş məhsulların satışı həyata keçirildiyi aşkarlanmışdır.

Hörmətli istehlakçılar!

Dekabr ayında Carlsberg Azerbaijan tərəfindən bir sıra ticarət nöqtələrində istifadə müddəti bitmiş məhsulların satışı həyata keçirildiyi aşkarlanmışdır.

Bizim şirkət üçün yalnız yaxşı pivə istehsal etmək deyil, o cümlədən həmin keyfiyyətin ticarət nöqtələrində də təmin olunması olduqca vacibdir ki, istehlakçımızın pivə qədəhində yalnız dadlı və keyfiyyətli məhsul olsun.

Bu məqsədlə Carlsberg Azerbaijan müntəzəm şəkildə topdan və pərakəndə satış nöqtələrindən istifadə müddəti bitmiş məhsulların mütləq geri qaytarılmasını və utilizasiyasını həyata keçirir.

Bizim pivəni əldə etdiyiniz zaman pivənin istifadə müddətinə fikir verməyi və satış nöqtələrində istifadə müddəti bitmiş Carlsberg Azerbaijan istehsalı olan məhsulu gördükdə +994502456711 nömrəsi ilə əlaqə saxlayaraq məlumat verməyinizi xahiş edirik. Məlumat verərkən mütləq şəkildə satış nöqtəsinin adı və ünvanını, istifadə müddəti bitmiş məhsulun adını (brendini) qeyd etməyinizi, fotosunu və əgər bu məhsul istehlakçı tərəfindən əldə olunubsa qəbzi təqdim etməyinizi xahiş edirik.

İstehsal müddəti bitmiş pivə haqqında xəbər verən şəxslərə pivə mükafatı təqdim olunacaq.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az