Menyu

Danimarkanın Vergilər Naziri Karsten Lauritzen Carlsberg Azerbaijan şirkətini ziyarət edib

17 fevral 2017-ci il tarixində Danimarkanın Vergilər Naziri Karsten Lauritzen Bakıya rəsmi səfəri çərçivəsində Carlsberg Azerbaijan-a səfər etdi.

Danimarkanın Vergilər Naziri Karsten Lauritzen Carlsberg Azerbaijan şirkətini ziyarət edib

17 fevral tarixində Danimarkanın Vergilər naziri cənab Karsten Lauritzenin rəhbərliyi ilə Danimarka rəsmilərinin nümayəndə heyəti, o cümlədən də  Danimarkanın Bakıdakı fəxri konsulu cənab Arno Qover və Danimarkanın Türkiyədəki səfiri cənab Sven Ollinqin müşayiəti ilə iqtisadi razılaşmanın imzalanması məqsədilə Bakıya rəsmi səfər çərçivəsində Carlsberg Azerbaijan pivə istehsalı müəssisəsinə səfər etdilər. 

Qonaqlar Carlsberg Azerbaijan şirkətinin maliyyə direktoru Tomas Volke və baş pivəbişirən Vüqar Əhmədov tərəfindən qarşılanmışdırlar və onlar üçün pivə istehsalı turu keçirilmişdir. Səfər zamanı qrup pivə istehsalı sənayesində vəziyyəti, Azərbaycanda Carlsberg biznesi və ümumiyyətlə Danimarka şirkətləri haqqında fikir mübadiləsi aparıb. Bundan sonra yerli  pivənin və hələ satışda olmayan yeni istehsal edilmiş pivənin dequstasiyası həyata keçirilib.

Tomas Volke, Carlsberg Azerbaijan-ın Maliyyə Direktoru: "Biz belə bir yüksək səviyyəli qonaqları xüsusi ilə də şirkət üçün mühüm dövrdə - şirkət adının bu həftə Carlsberg Azerbaijan-a dəyişdiyi zamanda - qəbul etməyə olduqca məmnunuq. Carlsberg Group-a gələcək inteqrasiya pivə zavodu üçün yeni başlanğıc deməkdir və Azərbaycanda biznesimizi uzun müddətli perspektivdə inkişaf etdirmək ambisiyamız haqqında xəbər verir".

Danimarkanın Bakıdakı fəxri konsulu cənab Arno Qover: "Danimarka nümayəndə heyətinin bütün üzvləri Carlsberg Azerbaijan pivə istehsalı zavodunda ekskursiya və Baş Pivəbişirənin prosesi izah etməsindən zövq aldılar. Carlsberg şirkətinin Azərbaycanda bazarın əhəmiyyətli payına sahib olması və onun brendlərinin ölkədə tanınması xüsusilə təsiredicidir".

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Dannish delegation is on brewery tour

Dannish delegation is on brewery tour

Degustation of Carlsberg Azerbaijan beer

Degustation of Carlsberg Azerbaijan beer

Minister of Taxes of Denmark Karsten Lauritzen and Carlsberg Azerbaijan CFO Thomas Wolke