Menyu

Carlsberg və Liverpool FK əməkdaşlığı 31-ci mövsümədək uzadıb

Carlsberg və “Liverpul” Futbol Klubu Carlsberg-in 2023-2024-cü mövsümün sonunadək Rəsmi Pivə markası kimi rolunu saxlamaqla əfsanəvi əməkdaşlıq münasibətlərinin növbəti beş il üçün də uzadılması barədə razılığa gəlib.

Yeni razılaşma 1992-ci ildə başlayan Premyer Liqada ən uzunmüddətli əməkdaşlıq münasibətlərinə əsaslanır. Həmin ildən Carlsberg komandanın sponsorudur. Carlsberg şirkəti dünya miqyaslı tərəfdaş qismində bütün dünyada azarkeşlər üçün beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi vasitəsilə əməkdaşlığı davam etdirəcək.

 “Carlsberg şirkəti və “Liverpul” FK arasında münasibətlər əfsanəvidir və biz əsrin dörddə birindən də çox bir müddətdə ailənin bir üzvü olmaqdan qürur duyuruq. Klubu gələcəkdə gözləyənlər bizi inanılmaz dərəcədə həyəcanladırır və əməkdaşlıq münasibətlərindən bütün dünyada azarkeşlərə inanılmaz təəssüratlar bağışlamaq üçün istifadə edəcəyimizi ümid edirik”- deyə Carlsberg şirkətinin kommersiya direktoru Cessika Spens qeyd edib.

Əməkdaşlıq münasibətlərinin müddətinin uzadılması barədə şərh edən “Liverpul” Futbol Klubunun idarəedici və kommersiya direktoru Billi Hoqan dedi: “Carlsberg şirkəti ilə uzun müddətdir ki davam edən əməkdaşlıq münasibətlərimizi ən uzun müddətə - otuz birinci mövsümədək uzatmaqdan qürur duyuruq”.

 “1992-ci ildən etibarən Carlsberg şirkəti ilə uzunmüddətli və sadiq münasibətlər saxlayırıq və belə uzunmüddətli əməkdaşlıq Klub və əfsanəvi brend arasında möhkəm və tarixi əlaqəyə dəlalət edir. Carlsberg şirkətinin “Liverpul” Futbol Klubu ailəsinin daimi üzvü olmağı bizi sevindirir və münasibətlərimizin birgə səylərlə daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.

Təzəlikcə Carlsberg şirkəti xüsusilə “Liverpul” azarkeşləri üçün məhsul istehsalı zamanı qırmızı rəngdən istifadə etmişdir. Şirkət məhdud seriyada əfsanəvi menecer Bill Şenklinin oyunu qırmızı rəngli formada oynamaq barədə qərarı şərəfinə xüsusilə “Liverpul” FK –nın azarkeşləri üçün hazırlanmış qırmızı etiketlərlə qırmızı şüşələrdə qırmızı pivəni satışa buraxmışdır. Ətraflı məlumat carlsberg.com/allred saytında təqdim olunub.

 Carlsberg şirkəti və “Liverpul” FK arasında əməkdaşlıq başladığı andan:

  •  “Liverpul” FK bir Avropa Kuboku (2005), iki İngiltərə Kuboku (2001, 2006), dörd Liqa Kuboku (1995, 2001, 2003, 2012) və bir UEFA Kuboku (2001) qazandı.
  • Yan Raş klubun bütün dövrlərin ən yaxşı bombardiri elan olundu (18 oktyabr 1992-ci il tarixində Mançester Yunayted-ə qarşı oyunda).
  • Klubda Robbi Fauler və Stiven Cerrard kimi əfsanələr debüt etdi və karyerasının sonunadək çıxış etdi.

 Carlsberg şirkəti haqqında

Carlsberg ən yaxşı pivə istehsal etmək istəyi köklərini şirkət Kopenhagen şəhərində Y.K.Yakobsen tərəfindən təsis olunan zaman, yəni 1847-ci ildən götürür. Bu gün bütün dünyada milyonlarla insan bu pivədən zövq alır. Ətraflı məlumatı carlsberg.com saytında əldə edin.

  “Liverpul” Futbol Klubu haqqında

  • 1892-ci ildə təsis edilmiş “Liverpul” FK dünyada ən tarixi və tanınmış futbol klublarından biridir. O Liqanın 18 çempion titulu, yeddi İngiltərə kuboku, səkkiz Liqa Kuboku, beş Avropa Kuboku, üç UEFA Kuboku, üç Avropa Superkuboku və 15 xeyriyyə Superkubokuna malikdir.
  • Sosial məsuliyyətli klub olaraq “Liverpul” irsi ilə qürur duyur və “Liverpul Fondu” rəsmi xeyriyyə təşkilatı sayəsində icmalarda fəal rol oynayır. Fondun məqsədi Mersisaydda və onun hüdudlarından kənarda uşaqların və gənclərin həyatının yaxşıya doğru dəyişməsi üçün imkan yaratmaqdır, həmçinin Enfild rayonu və ətraf ərazilərdə (L4, L5 və L6) yaşayan insanların həyata şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirləri təşkil edən “Red Neighbours” proqramı.
  • “Liverpul” FK – misilsiz kommersiya imkanları təqdim etməklə bütün dünyada aparıcı kommersiya tərəfdaşları ilə işləyən dünya brendi.

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az